“Qazaxıstan Orta Dəhlizin inkişafında Azərbaycana dəstək verəcək”.
Elchi.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Orta Dəhlizin institusional statusunun artırılması məqsədilə bu il Azərbaycanla müvafiq hökumətlərarası sazişin imzalanması planlaşdırılır.
Baş nazir qeyd edib ki, Tramp marşrutunun açılması və onun Orta Dəhlizə inteqrasiyasının təmin edilməsi vacibdir.
Oljas Bektenovun sözlərinə görə, artıq bir sıra Qazaxıstan şirkətləri dəmir yolu infrastrukturunun tikintisi və müasirləşdirilməsi layihələrində iştirak etmək niyyətindədir.





















