Amerika lideri İranın yeni prezidentinin atəşkəs xahişi ilə Vaşinqtona müraciət etdiyini bildirib. Lakin Donald Tramp vurğulayıb ki, bu məsələnin nəzərdən keçirilməsi yalnız Hörmüz boğazı gəmiçilik üçün açıldıqdan sonra mümkün olacaq.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.
“İranın əvvəlkilərdən daha az radikal və daha ağıllı olan yeni prezidenti indicə Amerika Birləşmiş Ştatlarına atəşkəs xahişi ilə müraciət etdi! Biz bu məsələyə Hörmüz boğazı açıldıqda baxacağıq”, — deyib.
Tramp qeyd edib ki, boğazın blokadası açılana qədər ABŞ İranı “daş dövrünə qaytarmağa” davam edəcək.
Məryəm





















