Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı hərbi kampaniyanı şərh edərkən bildirib ki, bölgədəki müharibənin əsas günahkarı İsrail hökumətidir.
Elchi.az xəbər verir ki, bu barədə “Trthaber” məlumat yayıb.
“Bölgəmizi viranələr yerinə çevirməklə yanaşı, bütün bəşəriyyətin üzərinə ağır iqtisadi yük qoymuş bu qeyri-qanuni müharibənin əsas günahkarı münaqişə, xaos və böhranlar içində boğulan İsrail hökumətidir”, – Türkiyə prezidenti bildirib.
Onun sözlərinə görə, unutmaq olmaz ki, müharibə zamanı tökülən hər damla qan Netanyahunun siyasi sağ qalmasını uzadan bir həyat ipi olacaq.
Yeganə





















