"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ali Məhkəmə borc müqaviləsi ilə bağlı məsələyə aydınlıq gətirib

01 Aprel 2026 - 10:37
in CƏMİYYƏT
FacebookVatsap

Ali Məhkəmə borc müqaviləsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Bunu da oxuyun

Məktəb alış-verişi bu il daha baha olacaq

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?

6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

Məhkəmədən Elchi.az-a verilən məlumata görə, borc münasibətlərinə daxil olarkən nələrə diqqət edilməli olduğu açıqlanıb:

“Gündəlik həyatda insanlar tez-tez bir-birinə borc pul verir. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir. Praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır”.

Bildirilib ki, qanunvericiliyə əsasən, borcun məbləği 3000 manatdan artıq olduqda, həmçinin borcun məbləğindən asılı olmayaraq müqavilə tərəflərindən biri hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır: “Yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur.

Əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Belə ki, əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Halbuki borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq olunur”.

Bildirilib ki, borc müqaviləsi ilə yanaşı, tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının da müəyyən formada sənədləşdirilməsi vacibdir: “Yəni borcverənin pul vəsaitini verməsi və borcalanın borcu qaytarması ilə bağlı hərəkətlər də mümkün qədər yazılı şəkildə təsdiq edilməlidir. Məsələn, bank köçürmələri, qəbzlər, tərəflər arasında aparılmış yazışmalar və digər vasitələrlə.

Əks halda, yəni borc münasibətinin şifahi şəkildə qurulması və pul vəsaitinin heç bir yazılı təsdiq olmadan əlbəəl verilməsi və qaytarılması hallarında tərəflərin bu faktları sübut etməsi çətinləşir və iddia etdikləri halları kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilmədikləri üçün məhkəmələr tərəfindən iddiaları rədd edilir və ya irəli sürülən etirazları qəbul olunmur”.

Məhkəmə borc münasibətlərinə daxil olarkən gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirilməsi tövsiyə edir:

borcun məbləği 3000 manatdan artıq olduqda mütləq yazılı müqavilə bağlamaq;
müqavilədə borcun məbləğini, qaytarılma müddətini və ödəniş qaydasını dəqiq göstərmək;
mümkün olduqda pul vəsaitini bank köçürməsi vasitəsilə vermək;
borcun verilməsi və qaytarılması zamanı qəbz və ya yazılı təsdiq almaq;
tərəflər arasında aparılan mesajlaşmaları və digər yazışmaları saxlamaq;
zəruri hallarda müqavilənin tərtibi üçün peşəkar hüquqi məsləhət almaq.

“Borc müqaviləsinin düzgün tərtib olunması və münasibətlərin şəffaf şəkildə rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunmasına, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir”, məlumatda deyilir.

Previous Post

MİQ-ə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı açıqlanıb – CƏDVƏL

Next Post

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bənzər yazılar

Məktəb alış-verişi bu il daha baha olacaq

Məktəb alış-verişi bu il daha baha olacaq

11 Avqust 2026 - 15:16

Yeni tədris ilinin başlaması ilə qiymətlərdə bir sıra artımlar müşahidə olunur. Elchi.az xəbər verir ki, “Yeni Sabah”a açıqlamasında iqtisadçı Xalid Kərimli...

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?

11 Avqust 2026 - 14:30

Nəqliyyat vasitələrinin idarə edilməsi və sürücülük hüququnun rəsmiləşdirilməsi məsələləri Azərbaycan qanunvericiliyində konkret normativ aktlarla tənzimlənir. Müəyyən bir yaş həddinə çatmış,...

6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

11 Avqust 2026 - 13:16

Azərbaycanda 2025-ci ildə 149 uşaq övladlığa götürülüb. Elchi.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı "Azərbaycanda hüquqpozmalar" məcmuəsində...

Muzdla çalışan işçilərin sayı açıqlandı

Muzdla çalışan işçilərin sayı açıqlandı

11 Avqust 2026 - 12:48

Cari il iyulun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər olub, onlardan 844,6 min nəfəri...

Next Post
Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Müharibənin sonu nə vaxtdır? ABŞ 2 həftə, İran isə 6 ay vaxt verir

Müharibənin sonu nə vaxtdır? ABŞ 2 həftə, İran isə 6 ay vaxt verir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Qarabağ”ın prezidenti azarkeşlərə müraciət etdi

“Qarabağ”ın prezidenti azarkeşlərə müraciət etdi

11 Avqust 2026 - 15:30
Məktəb alış-verişi bu il daha baha olacaq

Məktəb alış-verişi bu il daha baha olacaq

11 Avqust 2026 - 15:16
“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

11 Avqust 2026 - 15:00
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

11 Avqust 2026 - 14:52
10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı

10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı

11 Avqust 2026 - 14:46
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?

11 Avqust 2026 - 14:30
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dən çox artıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dən çox artıb

11 Avqust 2026 - 14:14
Baydenin oğlu Netanyahunu şər təcəssümü adlandırdı

Baydenin oğlu Netanyahunu şər təcəssümü adlandırdı

11 Avqust 2026 - 14:00
Unun topdan satış QİYMƏTLƏRİ

Unun topdan satış QİYMƏTLƏRİ

11 Avqust 2026 - 13:52
Bu gün və sabah təbiət hadisəsi gözlənilir

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

11 Avqust 2026 - 13:45
Demaqoqların ritorikası – MÖVQE

Demaqoqların ritorikası – MÖVQE

11 Avqust 2026 - 13:30
6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

11 Avqust 2026 - 13:16
Bəşər Əsəd ölüm cəzasına məhkum edilib

Bəşər Əsəd ölüm cəzasına məhkum edilib

11 Avqust 2026 - 13:00
Muzdla çalışan işçilərin sayı açıqlandı

Muzdla çalışan işçilərin sayı açıqlandı

11 Avqust 2026 - 12:48
DİN-din onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

DİN-din onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

11 Avqust 2026 - 12:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.