Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.
Elchi.az xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin edilib.
Qeyd edək ki, bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm çoxmənzilli binalarda, həm də yenidən bərpa olunmuş evlərində məskunlaşıblar.
İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində
21–23 avqust tarixlərində Moskvada, “Zaryadye” parkının Böyük Amfiteatrında IV Dünya Gənclər Orkestrları Festivalı keçirilib. Tədbirin kulminasiya nöqtəsi festivalın bədii rəhbəri,...





















