"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

31 martda xalqımızın milli varlığına ağır və sarsıdıcı zərbə vuruldu

30 Mart 2026 - 13:48
in GÜNDƏM
FacebookVatsap

Suveren ərazilərini tam təmin edərək dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilən Azərbaycan bu xoşbəxtliyə heç də asanlıqla nail olmayıb. Min illər boyunca ölkəmiz xarici qüvvələrin təsiri altında parçalanmış, tarixi torpaqları hədiyyə edilmiş və müxtəlif basqılara, soyqırımlara məruz qalmışdır. Bütün bunlar azmış kimi torpaqlarımızda və ocaqlarımızda imperiya qüvvələrinin dəstəyi ilə bu coğrafiyada heç vaxt yaşamayan ermənilər yerləşdirilmişdir. Nəticədə xalqımız ağır faciələr yaşamış və məhrumiyyətlər çəkmişdir.

Bunu da oxuyun

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

Xalqımızın 31 mart tarixində yaşadığı məşəqqətlər isə bəşərin ən böyük faciələrindəndir. Bakı və digər ərazilərimizdə baş vermiş erməni vəhşiliyi tarixin qara səhifələrindən biridir. Etnik təmizləmə siyasəti nəticəsində xalqımız soyqırıma məruz qalmış və tarixin ən ağır dövrlərini yaşamışdır. Çünki onlar azərbaycanlı idilər və erməni silahlı dəstələri bir xalqı yer üzündən silməyi hədəfləmişdi.

“Böyük Ermənistan” xülyasını reallaşdırmaq naminə yürüdülən siyasət 1918-ci ilin mart–aprel aylarında xalqımıza qarşı misli görünməmiş vəhşiliklə müşayiət olundu. Həmin günlərdə Bakı şəhərində və quberniyanın digər bölgələrində soydaşlarımız etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirildi, minlərlə günahsız insan amansızcasına öldürüldü, insanlıq adına qara ləkə olan cinayətlər törədildi. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı ilə yanaşı Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və İrəvan bölgələrində həyata keçirilən qırğınlar öz miqyasına və qəddarlığına görə daha amansız oldu. Təkcə bu günlərdə 30 mindən artıq azərbaycanlı qətlə yetirildi, on minlərlə insan doğma yurdlarından didərgin salındı, nəticədə xalqımızın milli varlığına ağır və sarsıdıcı zərbə vuruldu.

İmperiya dövründə 1918-ci il mart soyqırımı faktları geniş şəkildə gizlədildi, müstəqil Azərbaycanın ilk illərində isə bu faciəyə hüquqi qiymət verilmədi. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkənin milli yaddaşının bərpası və tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atdı. Ümummilli liderin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Bu sənədin imzalanması ilə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrə siyasi-hüquqi qiymət verilməsi prosesi başlandı. Fərman xüsusilə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş qırğınların araşdırılması, sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün əsas yaratdı. Bu addım milli kimliyin möhkəmləndirilməsi, tarixi ədalətin bərpası və gələcək nəsillərin maarifləndirilməsi baxımından mühüm rol oynadı. Bundan sonra hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlandı və bu faciənin unudulmaması istiqamətində sistemli işlər həyata keçirildi. Aparılan tədqiqatlar nəticəsində yeni sənədlər və faktlar toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Bir daha sübut olundu ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçiləri tərəfindən həyata keçirilən qanlı aksiyalar sistemli şəkildə təşkil edilmiş və faciənin miqyası geniş olmuşdur.

Tarixi torpaqlarımızda məskunlaşaraq dövlət quran ermənilər zaman keçdikcə daha geniş iddialarla çıxış edərək regionu ağır qarşıdurmalara sürüklədilər. Bu proses ərzində torpaqlarımızda zorakılıqlar, qətliamlar baş verdi, suveren ərazilərimizin bir hissəsi işğal olundu və böyük humanitar faciələr yaşandı. Lakin uzun illər davam edən bu gərginliyə nəhayət ki, son qoymaq istiqamətində qəti addımlar atıldı.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan nəhayət ki, iki əsrə yaxın Vətənimizdə kök salmış erməni separatizminə və terroruna sərt və qətiyyətli cavab verdi, işğala son qoyaraq ərazi bütövlüyünü tam təmin etdi. Mülki şəxslər hədəf alınmadan soyqırım qurbanlarının qisası döyüş meydanında alındı. Prezidentin qətiyyəti sayəsində soyumuza və milli kimliyimizə düşmən kəsilən qüvvələr tarix qarşısında ən ağır dərsini aldılar. Bu gün soyqırım qurbanlarının ruhu şaddır. Bir daha Vətənimizin üzərinə qara yellər əsməyəcək. Soyqırım, terror, separatizm və işğal alovunda yanan torpaqlarımızda bu gün Azərbaycan bayrağı qürurla və təhlükəsiz şəkildə dalğalanır. Liderimizin qətiyyəti və xalqımızın birliyi sayəsində düşmən ayağı bu müqəddəs torpaqlara bir daha dəyməyəcək.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Previous Post

“Rusiya Kubaya yardım göstərməyi öz vəzifəsi hesab edir” – Peskov

Next Post

“Ukrayna təslim olmaq fikrində deyil” – Zelenski

Bənzər yazılar

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55

Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər. Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir...

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti zamanı ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Elchi.az xəbər verir ki,...

Next Post
“Ukrayna təslim olmaq fikrində deyil” – Zelenski

"Ukrayna təslim olmaq fikrində deyil" - Zelenski

Azərbaycanın ən hündür binası tikilir – Emin Ağalarov AÇIQLADI

Azərbaycanın ən hündür binası tikilir - Emin Ağalarov AÇIQLADI

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.