İlkin məlumatlara görə, Hindistanın paytaxtı Yeni Dehlidə çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 7 nəfərin öldüyü bildirilir.
Elchi.az xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə, yanğınsöndürmə rəsmisi bildirib ki, Yeni Dehlidə Palam Metro Stansiyası yaxınlığındakı bir bina üçün yerli vaxtla saat 7:00 radələrində yanğın siqnalı alınıb.
Rəsmilər yanğını söndürmək və xilasetmə əməliyyatları aparmaq üçün əraziyə təxminən 30 yanğınsöndürmə maşınının göndərildiyini bildirib və vəziyyətin daha sonra daha aydın olacağını əlavə ediblər.
Rəsmilər qeyd ediblər ki, ilkin məlumatlara görə, 7 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb, çoxlu sayda insan binada qalıb və yanğınsöndürmə işləri davam edir.
Yanğının səbəbi ilə bağlı heç bir məlumat paylaşılmayıb.
Şayəstə





















