Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi Dietdə müzakirələr zamanı bildirib ki, Yaponiya hazırda Hörmüz boğazında patrul xidməti aparmaq üçün hərbi gəmilərini göndərməyi düşünmür.
Elchi.az xəbər verir ki, özünümüdafiə Qüvvələrinin göndərilməsi hazırda nəzərdən keçirilmir.
Nazir xatırladıb ki, Yaponiyanın mövcud qanunvericiliyi Yaponiya vətəndaşlarının həyatını, sağlamlığını və ya əmlakını qorumaq üçün lazım gələrsə, Yaponiya gəmilərinin bölgəyə göndərilməsinə icazə verir. Lakin o, Yaxın Şərqdəki mövcud vəziyyətin bu ssenariyə uyğun olub-olmadığını dəqiqləşdirməyib.
Öz növbəsində Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara növbəti brifinq zamanı qeyd edib ki, Yaponiya tərəfi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı bəyanatlarından xəbərdardır.
Özünümüdafiə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı hələlik heç bir qərar verilməyib.
Eyni zamanda o, Yaponiyanın beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, Yaxın Şərqdə və xüsusilə Hörmüz boğazında vəziyyətin sabitləşməsi üçün diplomatik işləri davam etdirəcəyini vəd edib.
Yeganə





















