Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Rusiyaya təzyiqi artırmasını və ona təzyiq göstərməyi dayandırmasını istəyir.
Elchi.az xəbər verir ki, Zelenski bu barədə “Politico”ya verdiyi müsahibədə bildirib.
Zelenskinin sözlərinə görə, Trampın təsiri sülh danışıqlarının uğuru üçün əsas olacaq.
“Bizə danışıqlar lazımdır. Biz onları dəstəkləyirik. Rusiyaya etibar etmirik, amma düşünürəm və inanıram ki, amerikalılar həqiqətən bu müharibəyə son qoymaq istəyirlər. Ümid edirəm ki, onlar bizə kömək edəcəklər, amma bizə mənə yox, Rusiyaya daha çox təzyiq lazımdır”, – deyə o vurğulayıb.
Məryəm





















