"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Daxili Qoşunların yaranmasından 34 il ötür – VİDEO

12 Mart 2026 - 10:30
in HADİSƏ
FacebookVatsap

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasından 34 il ötür.

Bunu da oxuyun

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

Elchi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Daxili Qoşunlar artıq 34 ildir ki, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edir. Bu illər ərzində şəxsi heyət üzərinə düşən vəzifələri məsuliyyət, intizam və peşəkarlıqla yerinə yetirərək ictimai asayişin və sabitliyin qorunmasına mühüm töhfələr verib.

Yarandığı gündən etibarən Daxili Qoşunlar ölkəmizin sabitliyi və vətəndaşların rifahı naminə əzmkarlıq nümayiş etdirib. Qoşunlara göstərilən diqqət və qayğı nəticəsində onun inkişaf və yüksəliş yolunun möhkəm təməli qoyulub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Daxili Qoşunlar müasir maddi-texniki baza və yüksək döyüş hazırlığına malik çevik hərbi quruma çevrilib.

Ulu Öndərin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən 12 mart – Daxili Qoşunlar Günü kimi təsis edilib. Bu tarix Daxili Qoşunların şərəfli xidmət yoluna verilən yüksək qiymətin və Qoşunlara olan etimadının ifadəsidir. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə 1992-ci ilin mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın od-alovlu səngərlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz izlər buraxıb”, məlumatda deyilir.

Qeyd olunub ki, Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 682 nəfər şəhid оlub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb. Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra isə uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, kütləvi tədbirlər zamanı asayişin qorunmasına yönəlib. Qabaqcıl təcrübə öyrənilərək xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri genişləndirilib, şəxsi heyətin peşə hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, müasir dövrün çağırış və təhdidlərinə uyğun islahatlar aparılıb. Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində Daxili Qoşunların fəaliyyəti daha da təkmilləşdirilib, döyüş qabiliyyəti möhkəmləndirilib, infrastruktur yenilənib. Müasir silah və texnika ilə təchizat gücləndirilib, şəxsi heyətin xidmət və məişət şəraiti, eləcə də sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Bu illər ərzində hərbi qulluqçuların təlim və məşğələlərdə yüksək döyüş hazırlığına yiyələnməsi, qazanılan hərtərəfli təcrübə torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanın yerinə yetirilməsində mühüm rol oynayıb.

44 günlük Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq erməni işğalçıları üzərində Böyük Qələbənin qazanılmasına layiqli töhfələr veriblər. Düşmənə qarşı igidliklə vuruşaraq torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetiriblər. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb. Xüsusi xidmətlərinə və göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusuna “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

2023-cü il sentyabrın 19–20-də Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan vəzifələr qısa müddətdə və dəqiqliklə icra olunub.

Daxili Qoşunların şəxsi heyəti tapşırıqları yüksək peşəkarlıq, dəqiq koordinasiya və qətiyyətlə icra edərək üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Məhz illər boyu formalaşmış döyüş hazırlığı, intizam və əməliyyat təcrübəsi bu tədbirlərin qısa müddətdə və effektiv şəkildə başa çatdırılmasını təmin edib. Nəticədə bölgədə separatizmə son qoyulub.

Antiterror tədbirləri zamanı igidlik və şücaət göstərən Daxili Qoşunların 12 hərbi qulluqçusu şəhid olub, 24 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu gün də hərbi qulluqçularımız Qarabağ və Şərqi Zəngəzurda polis əməkdaşları ilə birgə xidməti tapşırıqların öhdəsindən bacarıqla gəlir, Böyük Qayıdış proqramının sürətlənməsi üçün əzmlə çalışaraq üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə yetirirlər.

34 il ərzində formalaşan zəngin xidmət təcrübəsi, möhkəm nizam-intizam, yüksək döyüş hazırlığı və vətənə sarsılmaz bağlılıq bu gün də Daxili Qoşunların fəaliyyətinin əsas dayağını təşkil edir. Bu illər ərzində qazanılmış əməliyyat təcrübəsi və institusional inkişaf şəxsi heyətin peşəkar potensialını gücləndirib, qarşıya çıxan çağırışlara çevik və adekvat reaksiya vermək imkanlarını artırıb.
Daim təkmilləşən hazırlıq sistemi, müasir yanaşmaların tətbiqi və peşəkar kadr potensialı Daxili Qoşunların dayanıqlı inkişafını təmin edən başlıca amillərdəndir. Çətin və məsuliyyətli şəraitdə xidmət aparan hərbi qulluqçular dövlətə sədaqət, xalqa xidmət prinsiplərinə sadiq qalaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, daxili sabitliyin sadiq keşikçisi olub və bundan sonra da dövlətə və xalqa sədaqət prinsiplərinə sadiq qalaraq, üzərinə düşən vəzifələri eyni məsuliyyət, peşəkarlıq və qətiyyətlə yerinə yetirəcək, ölkəmizin sabitliyinə və ictimai asayişin qorunmasına etibarlı töhfə verməyə davam edəcək.

Previous Post

Prezident: Təhlükəsizlik, sabitlik hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır

Next Post

Prezident İlham Əliyev: Təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

Bənzər yazılar

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

26 Oktyabr 2026 - 11:53

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (19.10.2026-25.10.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının...

Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

24 Oktyabr 2026 - 11:36

Bakının Xətai rayonunda kafedə kütləvi insident zamanı ölümlə nəticələnən bıçaqlanma hadisəsində iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb....

Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

24 Oktyabr 2026 - 10:52

Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb. Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki,...

BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

24 Oktyabr 2026 - 10:45

Hazırda Azərbaycanda müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, eləcə də həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənildiyindən sürücülərə diqqətli...

Next Post
Prezident İlham Əliyev: Təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

Prezident İlham Əliyev: Təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

Azərbaycan Prezidenti: Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik

Azərbaycan Prezidenti: Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Anthropic” şirkəti IPO üçün müraciət edib

“Anthropic” şirkəti IPO üçün müraciət edib

26 Oktyabr 2026 - 21:14
Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

26 Oktyabr 2026 - 20:05
Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

26 Oktyabr 2026 - 20:03
Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

26 Oktyabr 2026 - 19:25
Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:56
Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

26 Oktyabr 2026 - 18:38
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:36
Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16
Keniyada yanacaq qiymətlərinə etiraz edən şəxslər saxlanılıb

Keniyada yanacaq qiymətlərinə etiraz edən şəxslər saxlanılıb

26 Oktyabr 2026 - 18:05
Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

26 Oktyabr 2026 - 17:52
Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

26 Oktyabr 2026 - 17:38
Doqquz ayda 276 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Doqquz ayda 276 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

26 Oktyabr 2026 - 17:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.