ABŞ-ın İrandakı əməliyyatı səbəbindən Ukraynanın tələb etdiyi hərbi resurslar da Yaxın Şərqə yönləndirilir.
Elchi.az xəbər verir ki, Aİ xarici işlər naziri Kaya Kallas bunu Körfəz xarici işlər nazirləri ilə Aİ xarici işlər nazirlərinin onlayn görüşündən əvvəl jurnalistlərə bildirib.
Kallas qeyd edib ki, “Ukraynaya açıq təsir var; Ukraynanın ehtiyac duyduğu bəzi müdafiə imkanları da indi Yaxın Şərqə yönəldilir”.
Onun sözlərinə görə, bu, xüsusilə də həm Kiyevə, həm də Yaxın Şərq ölkələrinə lazım olan hava hücumundan müdafiə sistemlərinə aiddir.
Məryəm





















