İsrail ordusu Livanın müxtəlif bölgələrində yaşayan mülki şəxslərə “təcili xəbərdarlıq” edərək onları dərhal bölgəni tərk etməyə çağırdı. İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında ən azı 59 bölgəni, əsasən ölkənin cənubunda yerləşən əraziləri hədəf siyahısına əlavə etdiklərini açıqladı.
Elchi.az xəbər verir ki, Adraee bu əraziləri hədəf alma səbəbi kimi “Hizbullah fəaliyyətlərini” göstərdi.
Bəyanatda qeyd olunur ki, yerli əhalinin təhlükəsizliyi üçün dərhal evlərini tərk etməli və kəndlərdən ən azı 1000 metr kənarda açıq ərazilərə getməlidirlər.
Hizbullah elementlərindən uzaq durun
İsrail tərəfinin xəbərdarlığında bildirilirdi ki, Hizbullah elementlərinə, obyektlərinə və hərbi nəqliyyat vasitələrinə yaxın olan hər kəs ölümcül təhlükə altındadır.
Bəyanatda həmçinin vurğulanır ki, mülki şəxslər həm öz təhlükəsizliklərini, həm də yaxınlarının həyatını qorumaq üçün təxliyə əmrinə əməl etməlidirlər.
Şayəstə





















