Ritual Teatrında “Mühakimə” tamaşasının daxili baxışı zamanı gözlənilməz hadisə yaşanıb. Tamaşa gedərkən işıqlar sönüb və səhnə qısa müddətə qaranlığa qərq olub.
Elchi.az xəbər verir ki, texniki nasazlığa baxmayaraq, yaradıcı heyət prosesi dayandırmayıb. Səhnə işi şam işığında davam etdirilib və yaranan atmosfer tamaşanın emosional təsirini daha da gücləndirib.
“Mühakimə” tamaşası “12 qəzəbli adam” motivləri əsasında hazırlanıb. Quruluşçu rejissor Məhəmməd Məmmədov, müəllif isə İlqar Aydındır.
Səhnə əsərində Aynur Zərrintac, İlahə Şahverənli, Arzu Əmiraslanova, Ülkər Əliyeva, Nərminə Fətullayeva, Məhəmməd Gülmalıyev və Səlim Xəyal çıxış edirlər. Tamaşanın premyerası 7 mart tarixinə planlaşdırılıb.






















