ABŞ prezidenti Donald Tramp Kubanı İran və Venesueladan sonra özünün növbəti strateji hədəfi hesab edir.
Elchi.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb.
Məqalə müəllifləri iddia edirlər ki, Tramp və onun administrasiyasının üzvləri işini düzgün başa düşdüklərini və hər şeyin planlaşdırıldığı kimi getdiyini hiss edirlər. Mənbələrə görə, ilhamlanmış Tramp müasir tarixdə bu cür məsələləri uğurla həll edən ilk ABŞ prezidenti olduğuna inanır.
Məqalədə həmçinin deyilir ki, Tramp öz sələfləri Riçard Nikson, Cimmi Karter və Ronald Reyqanın nailiyyətlərini üstələyən miras qoymağı gözləyir.
Jurnalistlər yazır ki, ABŞ administrasiyası Kuba rəhbərliyinin dəyişməsinin Qərb yarımkürəsində ABŞ-ın tam hökmranlığına nail olmaq yolunda əsas elementlərdən biri olduğu qənaətindədir.
Həmçinin iddia edilir ki, hələlik Amerika tərəfi üçün prioritet ssenari Kuba ilə danışıqlar və ölkəyə iqtisadi təzyiqlərin artırılmasıdır. Jurnalın mənbələri əmin edirlər ki, mümkün hərbi əməliyyatla bağlı qərar Venesuela və İrana hücumların uzunmüddətli təsirinə əsaslanacaq.
Bununla belə, nəşr aydınlaşdırır ki, bəzi amerikalı rəsmilər Kubaya qarşı əməliyyatın uğurlu nəticəsinə, o cümlədən ABŞ-a qaçqın axını riski ilə bağlı şübhələrini bildirirlər.
Yeganə





















