Polşa hakimiyyəti uşaqların zehni qabiliyyətlərinin guya azalması səbəbilə 15 yaşdan aşağı olanlara sosial şəbəkələrdən istifadəni qadağan etməyi nəzərdən keçirir.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Barbara Novaçka bildirib.
“Biz uşaqların və gənclərin psixi sağlamlığına baxırıq, görürük ki, onların intellektual qabiliyyətləri azalır”, – deyə o, “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Novaçkanın sözlərinə görə, qanun layihəsi yaşın yoxlanılması məsuliyyətini platformaların öz üzərinə qoyur və xidmətlər uşaqlar üçün əlçatan qalsa, platformalara cərimələr nəzərdə tutur. Cərimələrin məbləği hələ müəyyən edilməyib. Nazir qeyd edib ki, qanun 2027-ci ilin əvvəlində qüvvəyə minə bilər.
Agentlik ehtimal edir ki, Polşa hakimiyyətinin belə addımı Varşava ilə Vaşinqton arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər, çünki bəzi böyük platformaların rəhbərliyi, o cümlədən Meta şirkəti və amerikalı biznesmen İlon Maska məxsus X sosial şəbəkəsi ABŞ administrasiyasına yaxın sayılır və onların xidmətlərinə giriş qadağalarından artıq narazılıq ifadə ediblər.
Məryəm





















