Rusiya Tehrana qarşı dayanmayan təhdidlərə, silah səslərinə və ABŞ tərəfindən regional gərginliyin məsuliyyətsiz şəkildə artırılmasına diqqət yetirir.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Biz Tehrana qarşı dayanmayan təhdidləri, silah səslərini və qorxutma cəhdlərini, Vaşinqton tərəfindən regional gərginliyin məsuliyyətsiz şəkildə artırılmasını görürük. Buna baxmayaraq, Rusiya və İran hər iki ölkənin xalqları üçün qarşılıqlı faydalı əməkdaşlığı planlı şəkildə möhkəmləndirməyə davam edir”, – deyə o bildirib.
Məryəm





















