“İranın heç vaxt nüvə bombası yaratmaq cəhdi olmayıb”.
Elchi.az xəbər verir ki, bu fikirləri İran prezident Məsud Pezeşkian bildirib.
“Düşmənlər deyir ki, İran nüvə silahı əldə etməməlidir, lakin biz dəfələrlə bəyan etmişik ki, biz nüvə silahı əldə etmək istəmirik”, – o, İranın dövlət televiziyasında deyib.
2003-cü ildən İran Ali Rəhbər Ayətullah Əli Xameneinin nüvə silahı istehsalını qadağan edən fətvası (dini hökmü) altındadır. İslam Respublikasının hakimiyyət orqanları atom bombası yaratmaq niyyətində olmadıqlarını dəfələrlə bəyan ediblər.
Yeganə





















