Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Bankova küçəsindəki bunkerini göstərən videomüraciət yayıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Kanal 24” məlumat yayıb.
Videoda bunkerin içərisində yerləşən “Ukrayna prezidentinin dəftərxanası” və “Nazirlər Kabineti” yazılan lövhələr də görünür.
“Burada çox şey edilib. Biz bu obyekti əvvəllər heç vaxt göstərməmişik”, – deyə Zelenski 2022-ci ilin fevralında baş verən hərbi əməliyyatlara istinad edərək bildirib.
Videoda həmçinin Zelenskinin konfliktin başlanğıcında digər liderlərlə telefon danışıqları apardığı ofisi də göstərilir.
Ukrayna prezidenti əlavə edib ki, döyüşlər başlayanda bunkerdə yüzlərlə insan var idi.
Bir gün əvvəl Volodimir Zelenski prezident aparatında işləyərkən iki il bunkerdə yaşadığını demişdi. İndi o deyir ki, sığınacağa yalnız gecə hava hücumu zamanı enir.
Yeganə






















