Rusiyanın paytaxtı Moskvada Savelovski qatar stansiyası yaxınlığında baş verən partlayışda bir polis əməkdaşı həlak olub, iki nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 00:05-də naməlum şəxs Savelovski Stansiyası Meydanında növbətçi yol polisi maşınına yaxınlaşıb. Bundan sonra naməlum qurğu partlayıb və bir polis əməkdaşı ölüb.
Rusiya İstintaq Komitəsi bir polis əməkdaşının ölümü ilə nəticələnən partlayışla bağlı araşdırma başlandığını açıqlayıb.
Bəyanatda həmçinin iki polis əməkdaşının yaralandığı və xəstəxanaya aparıldığı və ilkin məlumatlara görə, partlayışı törədən şəxsin hadisə yerində öldüyü bildirilir.
Hadisə yerində araşdırmalar davam edir.
Şayəstə





















