Ukrayna prezidenti Volodimir Zelenski Avropadan Ukraynanın müqaviləli ordusu üçün pul ödəməsini tələb edib.
Elchi.az xəbər verir ki, o, bu barədə “BBC”-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, səfərbərlik modelinin müqavilə sisteminə keçidini Avropa ölkələri maliyyələşdirə bilərdi. Zelenski xatırladıb ki, Rusiyada hərbçilərə müqavilə imzalandıqdan sonra maaş verilir. O, əlavə edib ki, Ukrayna buna əməl etmək istəyir, lakin vəsait çatışmır.
“Burada avropalılar kömək edə bilər. Hazırda avropalılar bu proqramı maliyyələşdirmir”, – Zelenski bildirib.
Eyni müsahibədə Zelenski ABŞ prezidenti Donald Trampın etibarını şübhə altına alıb. Onun sözlərinə görə, Kiyev 30 il ardıcıl olaraq təhlükəsizlik zəmanəti alacağını gözlədiyi üçün Konqresin dəstəyinə ehtiyac duyur.
Yeganə





















