İranın nüvə proqramı ilə bağlı razılaşma yalnız ABŞ İrana hörmət göstərərsə əldə edilə bilər.
Elchi.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
Əraqçi Amerikanın MS Now televiziya kanalına verdiyi müsahibədə bildirib ki, “Əgər İran xalqı ilə hörmətlə danışsanız, biz də eyni şəkildə cavab verəcəyik. Amma bizimlə güclə danışsanız, biz də eyni şəkildə cavab verəcəyik. İnanıram ki, iranlılar qürurlu bir xalq olduqlarını sübut ediblər. Biz yalnız bizə hörmət göstərildikdə cavab veririk. Bizimlə belə danışa bilərsiniz və beləliklə nəticə əldə edəcəksiniz”.
Məryəm





















