Macarıstanın baş naziri Viktor Orban xalqının fikrini rəhbər tutduğu üçün Ukraynanın tələsik Avropa İttifaqına daxil olmasına qarşı olduğunu bildirib.
Elchi.az xəbər verir ki, o, həmçinin xəbərdarlıq edib ki, Volodimir Zelenskinin siyasi hücumlarına və Macarıstan seçkilərinə müdaxiləsinə baxmayaraq, hökuməti məsələ ilə bağlı mövqeyini dəyişməyəcək.
“Son bir həftə ərzində Ukraynadan siyasi hücumlar yeni səviyyəyə çatıb. Prezident Zelenski birbaşa olaraq Macarıstan hökumətinin əleyhinə çıxış edərək Macarıstandakı seçki kampaniyasına müdaxilə edib”, – Orban qeyd edib.
“Macarıstanın baş naziri kimi mən macar xalqının qərarının həyata keçirilməsini təmin etməyə borcluyam. Prezident Zelenski istəsə də, istəməsə də, bunu təkrar-təkrar edəcəm”, – Orban vurğulayıb.
Yeganə





















