Somalinin Moqadişu şəhərində yerləşən Aden Adde Beynəlxalq Hava Limanından qalxdıqdan qısa müddət sonra bir təyyarə qəzaya uğrayıb.
Elchi.az xəbər verir ki, məlumata görə, bütün sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib.
StarSky Hava Yollarına məxsus sərnişin təyyarəsi Aden Adde Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra Moqadişu sahilləri yaxınlığında dənizə düşüb.
Rəsmilərin verdiyi məlumata əsasən, təyyarə 23 nömrəli uçuş-enmə zolağından qalxdıqdan az sonra hündürlük qazanmaqda çətinlik çəkib və texniki nasazlıqla üzləşib.
Hadisə yerindən yayılan görüntülərdə təyyarənin bir qanadının tamamilə qopduğu görünür, ətrafda isə çoxlu sayda insanın toplaşdığı diqqət çəkir. Hava limanı rəsmiləri bildiriblər ki, qəza baş verən kimi xilasetmə və təcili yardım qrupları dərhal əraziyə göndərilib.
Hava limanının bir rəsmisi “Təyyarədə olan hər kəs təhlükəsiz şəkildə təxliyə edilib”, — deyə açıqlama verib.
Məryəm





















