"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Ali Məhkəmə: Canlı efirdə şəxsi məlumat yayanlarla yanaşı media subyekti də məsuliyyət daşıyacaq

09 Fevral 2026 - 11:57
in HADİSƏ
FacebookVatsap

Ali Məhkəmə şəxsi həyata hörmətsizliyin hüquqi nəticələrini müəyyən edib.

Bunu da oxuyun

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

Sumqayıtda sexdə yanğın oldu – VİDEO

Bu barədə Elchi.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmə dekabrın 24-də “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı qəbul edib və məhkəmə təcrübəsinə bir sıra yeniliklər gətirib: “Belə ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürürdü, məlumatın həqiqi olduğu ortaya çıxdıqda isə iddialar təmin olunmurdu. Halbuki, şəxsin barəsində doğru məlumatların öz razılığı olmadan yayılması da qanun pozuntusudur.

Bu hal konstitusion səviyyədə qorunan şəxsi toxunulmazlıq hüququna müdaxilədir və bu hüququ pozulan hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola, həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini, belə məlumatların çıxarılmasını (ləğv edilməsi), ona dəymiş mənəvi zərərin ödənilməsini və s. tələb edə bilər”.

Şəxsi və ailə həyatına hörmət hüququ nədir?

Məhkəmədən bildirilib ki, şəxsi və ailə həyatına hörmət hüququ – şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından mühafizə olunmaq hüququdur. Şəxs öldükdə belə bu hüquq vərəsələri tərəfindən müdafiə oluna bilər:

Yayılma audio-videoyazı yolu ilə edilmişsə, onu yayan şəxslə yanaşı media subyekti birmənalı olaraq şəxsi və ailə həyatına hörmət hüququnun pozulması ilə bağlı məsuliyyət daşıyacaq

“Şəxs barəsində tibbi məlumatlar, maliyyə və əmlak vəziyyəti ilə bağlı məlumatlar, şəxsi yazışmaları, keçmişi ilə bağlı və digər şəxsi sirr təşkil edən məlumatlar, ünvanı, ailə vəziyyəti, boyu, yaşı, cinsi, ər-arvad arasındakı şəxsi münasibətləri (emosional, cinsi və s.), ailədaxili davranışlar, boşanma səbəbləri, uşaqların mənşəyi və sağlamlıq vəziyyətləri, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatların şəxsin öz razılığı və ya heç bir qanuni əsas olmadan toplanması, saxlanması, istifadəsi və yayılması, pis niyyətlə şəxsin özünə bildirilməsi qadağandır və mülki məsuliyyətə səbəb olur. Məqsədli şəkildə və aktiv hərəkətlərlə, heç bir qanuni əsas olmadan, özbaşına kiminsə barəsində məlumat toplamaq qadağandır.

Şəxsi və ailə sirri məlumatları aid olduğu şəxslərin razılığı olmadan yaymaq qadağandır. Xüsusilə televiziya və ya radio proqramlarında, sosial şəbəkələrdə və s. kütləvi üsullarla bildirilməsi yayılmanın kütləviliyi baxımından daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər. Yayılma audio-videoyazı yolu ilə edilmişsə, onu yayan şəxslə yanaşı media subyekti birmənalı olaraq şəxsi və ailə həyatına hörmət hüququnun pozulması ilə bağlı məsuliyyət daşıyacaq.

Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı halda, mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarda media subyektləri canlı efirə çıxacaq şəxsləri səsləndirdikləri məlumatlara və davranışlara görə insanların şəxsi və ailə həyatına hörmət hüququnun pozulması baxımından məsuliyyət daşıyacaqları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etməlidirlər, əks halda baş vermiş pozuntulara görə media orqanı özü də məsuliyyət daşıyacaq”.

Bundan başqa, Ali Məhkəmə yeni qərarla şəxsin mənzilinə, işçiyə ayrılmış xidməti otağa, rəflərinə, iş masasına, kompüterinə, şəxsin çantasına, cibinə onun razılığı, habelə müvafiq qanuni əsas olmadan daxil olmanı da şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirib. Bu hüquqların pozulması cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq, mülki məsuliyyətə səbəb olacaq:

“Şəxsi və ailə sirri təşkil edən məlumatları yaymış şəxslərlə bərabər bu məlumatın saxlanılmasına məsul olan şəxslər, qurumlar, idarə və müəssisələr, iş yerlərinin kadrlar sistemində mövcud olan işçilərə (digər əsasla xidmət göstərən şəxslərə) dair məlumatları və insan resurslarını idarə edən məsul şəxslər, işəgötürənlər, klinikalar, mobil operator şəbəkələri, banklar və vətəndaşlara xidmət göstərən digər müəssisələr, dövlət orqanları, sosial şəbəkə platformaları, hüquqi və fiziki şəxslər də məlumatların qanunazidd şəkildə kənar şəxslərə əlçatanlığını təmin edən şəxs kimi məsuliyyət daşıyacaqlar”.

Bəs hansı hallarda şəxsi və ailə sirri təşkil edən məlumatların yayılması qanunidir?

Ali Məhkəmə bu hallara da aydınlıq gətirib: “Belə məlumatların yayılmasına şəxsin öz razılığı varsa, mülki məsuliyyət yaranmır. Razılıq açıq şəkildə ifadə edilməli, qanuna və ya əxlaqa zidd olmamalıdır. Şəxs öz razılığını həm yazılı, həm də şifahi formada verə, yaxud davranışı ilə və ya susaraq göstərə bilər. Məsələn, şəxs sosial şəbəkədə onun barəsində razılığı alınmadan edilmiş paylaşımı bəyənib və altından pozitiv rəy yazıbsa, razılıq vermiş hesab olunur.

Bu zaman yayılma ictimai marağı aşmamalıdır. Məsələn, jurnalist yerli özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir. Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumat olsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatın yayılması pozuntu hesab edilə bilməz. Lakin, uşağın fiziki qüsurlu olması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqazidd müdaxilə hesab olunacaq, çünki, həmin şəxsin publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmir”.

Previous Post

Naxçıvana yeni Baş nazir təyin olunub – YENİLƏNİB

Next Post

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı 2 medalla başa vurub

Bənzər yazılar

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09

Bakının Nizami rayonunda taksi sürücüsünün avtomobilindən oğurluq edən şəxs saxlanılıb. Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki,polis...

Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

08 Avqust 2026 - 12:34

Bakının Sabunçu rayonunda dənizdə batan yeniyetmənin meyiti tapılaraq sudan çıxarılıb. Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN)...

Sumqayıtda sexdə yanğın oldu – VİDEO

Sumqayıtda sexdə yanğın oldu – VİDEO

08 Avqust 2026 - 11:42

Sumqayıt şəhərinin Koroğlu prospektində yerləşən avtomobil təmiri sexi və ehtiyat hissələri mağazasında yanğın baş verib. Elchi.az xəbər verir ki, bu...

Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

08 Avqust 2026 - 11:24

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısını alıb. Elchi.az xəbər verir ki, bu barədə DİN...

Next Post
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı 2 medalla başa vurub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı 2 medalla başa vurub

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

08 Avqust 2026 - 12:48
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08 Avqust 2026 - 12:45
Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

08 Avqust 2026 - 12:34
Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

08 Avqust 2026 - 12:19
Türkiyədə 18 saatlıq müzakirədən sonra PKK ilə bağlı qanun təsdiqləndi

Türkiyədə 18 saatlıq müzakirədən sonra PKK ilə bağlı qanun təsdiqləndi

08 Avqust 2026 - 11:58
Sumqayıtda sexdə yanğın oldu – VİDEO

Sumqayıtda sexdə yanğın oldu – VİDEO

08 Avqust 2026 - 11:42
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

08 Avqust 2026 - 11:24
Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

08 Avqust 2026 - 10:55
Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

08 Avqust 2026 - 10:39
Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

08 Avqust 2026 - 10:21
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

08 Avqust 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.