Sosialist Partiyasının namizədi Antonio Jose Sequro Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Elchi.az xəbər verir ki, Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda Sosialist Partiyasının (PS) namizədi Antonio Jose Sequro səslərin 66,2 faizini toplayaraq ölkənin yeni prezidenti seçilib. İfrat sağçı Çeqa Partiyasının lideri Andre Ventura isə 33,8 faiz səslə qalıb.
İki müddət prezident olmuş Marselo Rebelo de Sousanın yenidən namizədliyini irəli sürə bilməməsi səbəbindən keçirilən seçkilərdə 11 milyondan çox seçici səsverməyə qatılıb. Milli Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə, 63 yaşlı Sequro 1974-cü ildən bəri Portuqaliyanın demokratik tarixində Portuqaliyanın 8-ci prezidenti olub.
Şayəstə





















