Nigeriyanın Kano əyalətində baş verən yol qəzasında otuz nəfərin həyatını itirdiyi bildirilir.
Elchi.az xəbər verir ki, Kano əyalət qubernatorluğunun açıqlamasına görə, əyalətin Kvanar Barde bölgəsində ehtiyatsız sürücülük səbəbindən sərnişin yük maşını qəzaya uğrayıb.
Qəzada otuz nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Kano əyalətinin qubernatoru Abba Yusuf qəzanı “ürək parçalayan” və ştat üçün böyük itki adlandırıb, həlak olanların ailələrinə başsağlığı verib.
Yusuf, xüsusən də ağır nəqliyyat vasitələrinin sürücülərini ehtiyatsız sürücülükdən çəkinməyə və yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyə çağırıb.
Şayəstə





















