"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ermənistan bu tarixdə Azərbaycana hücum edəcək – Gizli plan

05 Mart 2024 - 09:40
in SİYASƏT
FacebookVatsap

Fransanın silahlandırdığı Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığı, “Azərbaycan Ermənistana hücum edəcək” iddialarının da mümkün eskalasiyadan öncə “alibi” qazanmaq məqsədi daşıdığı aydın görünür və burada İrəvanın öz, Parisin də öz planları var. Ümumilikdə geosiyasi mübarizədə Cənubi Qafqaz cəbhəsinin açılması gözləntiləri var.
Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana nə vaxt hücum edə bilər? Gürcüstan mediası bu suala cavab axtarmağa çalışıb.
Elchi.az Publika.az-a istinadən xəbər verir ki, gürcü jurnalist Qriqol Qiorqadzenin hazırladığı məqalədə Ermənistanın Azərbaycana Paris Yay Olimpiya Oyunları (26 iyul-11 avqust 2024-cü il) vaxtı hücum edə biləcəyi qeyd olunur.
Müəllif yazır ki, 2024-cü il Olimpiya Oyunları Parisdə keçirilsə də, şəhərdə hazırlıq birmənalı olaraq idman tədbirinin miqyasına uyğun gəlmir, daha doğrusu, olimpiadaya hazırlaşmaq üçün büdcədən ayrılan pulların “kəsilməsi”ndən başqa, praktiki olaraq heç bir iş görülmür: “Parisin meri Ann Hidalqo ötən il qondarma “artsax” separatçılarına yardım üçün “humanitar karvanın” hazırlanmasına daha çox diqqət yetirib. Separatçı “artsax” ləğv edildikdən sonra o, Parisin işlərindən daha çox, “erməni qaçqınları” ilə məşğuldur, baxmayaraq ki, heç kim bu insanları qovmayıb, onlara Azərbaycan vətəndaşlığını almaq təklif olunub və hələ də geri qayıtmaq imkanı yaradılıb”.
2024-cü il Olimpiadasının yaxınlaşmasına baxmayaraq, Fransa paytaxtının abadlaşdırılması üçün demək olar ki, heç bir iş görülmür. Açılışa 5 aydan da az vaxt qalıb, amma Parisdə çirkli və üfunətli metronun adi bir kosmetik təmiri həyata keçirilməyib, hətta siçovullara qarşı mübarizə aparılmır. Paris küçələrində zibillərin, narkomanların və evsizlərin sayı artmaqda davam edir, “Avropanın mədəniyyət paytaxtı” adlandırılan şəhərin ümumi bərbadlığı da artmaqdadır. Fransa hökuməti isə bu yaxınlarda Yelisey sarayında fövqəladə iclas keçirərək, Olimpiada zamanı siyasi və ya digər problemlər yaranmasına qarşı “B planı” hazırlayıb. Hər şey kağız üzərindədir, reallıqda isə heç nə edilmir.
Olimpiadaya hazırlıqla bağlı “qəribə hadisələr” də baş verir. Bu yaxınlarda məlum olub ki, Olimpiadanın təhlükəsizliyinin təmin edilməsi işində çalışan mühəndisin idman yarışının təhlükəsizlik planlarının olduğu noutbuku və fləşkartı oğurlanıb. Paris metrosunda isə insanların Olimpiada vaxtı şəhərdə daha az hərəkət etməsi, yaxud məsafədən işləməsi haqda afişalar asılıb. Nəzərə alsaq ki, Olimpiadanın təhlükəsizlik planlarının “oğurlandığı” və kimin əlinə keçdiyi məlum deyil, o zaman, oyunlar zamanı Parisdə qalmaq olduqca qorxulu olacaq. Və belə görünür ki, Paridə keçiriləcək “olimpiada festivalı” zamanı küçələrdə qalacaq “yerli əhali” əsasən qeyri-qanuni mühacirlər, evsizlər və narkotik aludəçiləri olacaq.
Bu ilin fevralında tamaşaçı sayını iki dəfə azaltmaq qərarı verilib: 600 mindən 300 minə qədər. Lakin kulislərdə olimpiadanın tamamilə ləğv oluna biləcəyi ilə bağlı müxtəlif şayiələr də dolaşır. Və bu vəziyyətdə şübhəli suallar yaranır: Olimpiadanı “pozmaq” üçün əvvəlcədən plan hazırlanır, yoxsa diqqəti başqa hadisələrə yönəldərək, idman mərasimini ikinci plana keçirmək istəyirlər?
Şübhəli məqamlar çoxdur. Gürcü müəllif yazır ki, Olimpiadanı arxa plana keçircək hadisə müharibə ola bilər, xüsusilə Fransa hökuməti bu müharibənin hazırlanmasında birbaşa iştirak edirsə.
“Burada 2008-ci il Olimpiadası ilə Rusiyanın Gürcüstana qarşı müharibəsinin “qəribə təsadüfünü” xatırlatmaq yerinə düşərdi. Həmin müharibə zamanı guya “sülhməramlı” fəaliyyətlə məşğul olan Fransanın təcavüzkar Rusiya ilə şübhəli razılaşması da yada düşür. 2008-ci ilin 8 avqustunda Pekin Olimpiadasının açılışı günü ermənipərəst media bütün dünyaya “Gürcüstan ordusunun hücumu” dezinformasiyanı ötürdü, halbuki, hücum edən separatçılar, hazırlayan Rusiya idi. 8 avqust 2008-ci ildə Pekin Olimpiadasının açılışı vaxtı Rusiya ordusu Gürcüstana hücuma keçdi. Çin Olimpiadanı ləğv etmədi, lakin oyunların açılışı vaxtı dünyanın xəbər lentində Gürcüstan müharibəsi vardı. Daha sonra fransız “vasitəçilər və sülhməramlılar” peyda oldular. Fransanın o vaxtkı prezidenti Nikola Sarkozi, sonralar Mixail Saakaşvilinin də etiraf etdiyi kimi, Tbilisiyə “təslim olmaq ultimatumu” gərirmişdi. Fransanın fikrincə, Gürcüstan “sülh naminə” Samachablo və Abxaziyadan imtina etməli idi. Fransanın “vasitəçiliyi” Abxaziya və Sxinvali bölgəsinin Rusiya tərəfindən işğalına və qondarma “müstəqilliyinə” gətirib çıxardı. Fransanın dəstəklədiyi qondarma “artsax” separatçılar həmin vaxt bunu çılğın sevinclə qarşılamışdı. Lakin Ermənistanın Qarabağla bağlı işğal planları baş tutmadı. Nəticədə erməni millətçilərinin “ümidlərini” doğrutlmayan Rusiya onlara “düşmən”, Fransa isə dost və müttəfiqə çevrildi. Fransanın köməyi ilə Paşinyan bu gün Ermənistanı fəal şəkildə silahlandırır. Burada revanşist müharibəyə hazırlıq getdiyi aydın görünür, təbii ki, Fransanın dəstəyi ilə. Bu müharibəyə Azərbaycanı “təcavüzkar”, erməniləri “soyqırımı qurbanı” kimi təqdim edəcək şəkildə başlamaq planı var, istisna deyil ki, plan 2024-cü il Olimpiadası vaxtı tətbiq edilə bilər. Beləliklə, bərbad Parisdə keçiriləcək Olimpiada diqqətdən kənarda qala, yaxud ləğv edilə bilər. Burada günahkar ermənilər və fransızlar yox, Azərbaycan və müttəfiqi Türkiyə göstəriləcək. Belə görünür ki, 2008-ci il Pekin Olimpiadasında ermənilərin fransızların iştirakı ilə məşq edilmiş “informasiya super əməliyyatı” 2024-cü il Paris Olimpiadasında da təkrarlana bilər. Erməni lobbisi “təcavüzkar” və “soyqırımı” iddiaları ilə Azərbaycanı ittiham edəcək, ermənilər izə özlərini “soyqırımı qurbanı” kimi göstərəcək. Əlbəttə, Fransa Olimpiadanı pozmaq üçün başqa səbəb tapa, misal üçün, fransız kəşfiyyat xidməti terror aktı, yaxud “miqrant iğtişaşları” təşkil edə bilər. Lakin Fransanın bu il Cənubi Qafqazda sabitliyi pozmaq və müharibəyə başlamaq ehtimalını istisna etmək mümkün deyil”, – məqalədə vurğulanır.

Bunu da oxuyun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

 

Previous Post

Ermənistan bu tarixdə Azərbaycana hücum edəcək – Gizli plan

Next Post

Ölkə ərazisində yüksək temperatur qeydə alınır

Bənzər yazılar

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26

"Son vaxtlar Azərbaycanda orta məktəblərlə bağlı hicab məsələsi gündəmə gəlib. Bununla əlaqədar konkret olaraq bildirmək istəyirəm ki, insanın Allaha sevgisi...

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirəyə (AQEM) Sədrliyi çoxtərəflidiplomatiyanın uğurlarını nümayiş etdirəm mühümfaktorlardan biridir. Rəsmi Bakı siyasi və...

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42

16 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII...

Next Post
Ölkə ərazisində yüksək temperatur qeydə alınır

Ölkə ərazisində yüksək temperatur qeydə alınır

Ölkə ərazisində yüksək temperatur qeydə alınır

Ölkə ərazisində yüksək temperatur qeydə alınır

Son xəbərlər

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.