"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Bu, xarici güclərdən özümüzü qorumaq qərarıdır

08 Dekabr 2023 - 14:05
in GÜNDƏM, XƏBƏR LENTİ
FacebookVatsap

Qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 7 fevral 2024-cü ilə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür. Seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq 27 sentyabrda verilən qərarla eyni mənaya malikdir. Bəllidir ki, İlham Əliyevin siyasi nüfuzu nəinki ölkə daxilində, yaxud islam-türk coğrafiyasında, eləcə də dünya liderləri arasında ən güclü dövrünü yaşayır və 44 gündə prezidentin çağırışına verilən milyonlarla səs əsl ümumxalq referendumu idi. Yəni müqəddəs müharibədə qazanılan qələbə azad, ədalətli, demokratik, legitim seçki hadisəsiydi. Zəfər seçkilərinin hansı tarixdə keçirilməsi İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir. Müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin 1993-cü ildəki mütləq qələbəsi kimi, Vətən müharibəsindən sonra prezidentin kimliyi və seçkilərin nəticələri təqvimin ilindən və günlərindən asılı deyil.

Bunu da oxuyun

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, Zəfər seçkilərini “hakimiyyətin ömrünü saxta yolla uzatmaq” adlandıranlar uzun illər siyasətdə olan, torpaqların itirilməsində məsuliyyət daşıyan və Qarabağ Zəfəri ilə birdəfəlik prezidentliyə gedən yolları bağlanan şəxslərdir:

“O üzdən ötən seçkilərdə baş verən hər hansı neqativ halın, kənar müdaxilə və pozuntuların 2024-cü ilin 7 fevralında təkrarlanması Ermənistanın özünü “demokratiya adası” kimi bizdən üstün tutmasına rəvac verən qəsd, ölkəmizdə qanlı inqilablar və xarici iradədən asılı hökumətlər formalaşdırmaq istəyənlərin xeyrinə ediləcək siyasi cinayətdir. Ərazisi və suverenliyi bütöv olan ölkənin prezident seçkiləri də halal və müqəddəs olmalıdır.

3 il əvvəl dünyaya nümayiş olunan milli həmrəylik və birlik 7 fevralda da minlərlə məntəqədə-siyasi səngərdə təkrarlanacaq. Biz 2 ay sonra təkcə Birinci Şəxsi yox, həm də millətimizin 200 illik bənzərsiz Qələbəsini, Pənahəli xandan Heydər Əliyevə qədər bütün rəhbərlərin ideallarını qorumağa səs verəcəyik, əsrlərlə yaşadığımız köçkünlüyə və işğala səbəb olan şəxslərə, siyasətə “yox” deyəcəyik. İlham Əliyevin yeni seçki platforması 44 günlük Vətən müharibəsində xalq və ordu ilə birlikdə döyüş meydanlarında yazılıb”.

Deputat bildirib ki, 7 fevral Böyük Qayıdışın təminatçısı, millətimizin silahsız, dinc səsi ilə düşmənə qalib gələcəyi gündür:

“Kim əksinə düşünürsə, o işğalın, məğlubiyyətin yanındadır və 26 sentyabra dönmək istəyir. 7 fevral tarixi 8 noyabr Zəfər, 20 sentyabr Bütövlük gününün davamıdır və sülh müqaviləsinin imzalanmasını sürətləndirəcəkdir. Ali Baş Komandanın şəksiz nüfuzundan və Qələbəmizin misilsiz dəyərindən bəhrələnən hər kəs bilməlidir ki, əgər Azərbaycanda kimsə dövlətdən narazıdırsa, onu həmin adamlar yaradıb. Zəfər seçkiləri 2019-cu ildəki kimi hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişiklikərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısıdır”.

Previous Post

Bu, xarici güclərdən özümüzü qorumaq qərarıdır

Next Post

Peskov prezident seçkiləri ilə bağlı sualı cavablandırıb

Bənzər yazılar

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib. Elchi.az  "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı...

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03

İranın əsas mallarının təminatında problem yoxdur. Elchi.az  ISNA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib....

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. AFFA-dan Elchi.az - a verilən məlumata görə,...

Next Post
Peskov prezident seçkiləri ilə bağlı sualı cavablandırıb

Peskov prezident seçkiləri ilə bağlı sualı cavablandırıb

Peskov prezident seçkiləri ilə bağlı sualı cavablandırıb

Peskov prezident seçkiləri ilə bağlı sualı cavablandırıb

Son xəbərlər

Çində gənədən keçən yeni virusla bağlı xəbərdarlıq!

Çində gənədən keçən yeni virusla bağlı xəbərdarlıq!

10 Sentyabr 2026 - 11:18
Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək

Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək

10 Sentyabr 2026 - 11:10
İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

10 Sentyabr 2026 - 10:57
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır

10 Sentyabr 2026 - 10:53
NASA Marsda sirli deşiklər aşkar edib

NASA Marsda sirli deşiklər aşkar edib

10 Sentyabr 2026 - 10:46
Süni intellektdə liderlik yarışı: Sıralama bir həftədə 3 dəfə dəyişdi

Süni intellektdə liderlik yarışı: Sıralama bir həftədə 3 dəfə dəyişdi

10 Sentyabr 2026 - 10:34
Ceyhun Bayramov Macarıstana işgüzar səfərə gedib

Azərbaycan son 15 il ərzində 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib

10 Sentyabr 2026 - 10:22
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

10 Sentyabr 2026 - 10:15
Nobel mükafatlarının builki qaliblərinin elan olunacağı tarixlər açıqlanıb

Nobel mükafatlarının builki qaliblərinin elan olunacağı tarixlər açıqlanıb

10 Sentyabr 2026 - 10:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

10 Sentyabr 2026 - 09:51

Xocalı rayonunda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb

10 Sentyabr 2026 - 09:43
Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 113 dolları ötüb

10 Sentyabr 2026 - 09:28
İran Türkiyəyə qaz ixracını dayandırdı

Nyu-York birjasında təbii qazın qiyməti azalıb

10 Sentyabr 2026 - 09:17
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

10 Sentyabr 2026 - 09:09
Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.