"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Sevgilimin adı… ÖLÜM

09 Sentyabr 2016 - 14:22
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Sevgilimin adı...   ÖLÜM

Belə heç deyiləsi deyil e! Qırx bir ildir alınmır. Qərara gəldim ki, bəyanat verim – indi onsuz da şəxsi problemləri ictimailəşdirmək dəb düşüb. Deməli, belə…
 
İndiki durumumu dədəm qırx il əvvəldən diaqnozlaşdırıb: bu uşaq dünyaya yaşamaq üçün yox, ÖLÜM üçün gəlib. Mənim ÖLÜMə vurulmuşluğumu bilən ilk adamdı. Sizcə, ÖLÜM adlı mələyim bu qırx ildə bir dəfə də olsun məni başa düşüb, mənə əl verib? Görün, nə oyunlardan çıxıram, nə dillər tökürəm, heç ona “vız” gəliyor? Axırıncı dəfə – 2004-cü ildə venamı kəsdim, “qovuşmağa” azca qalmış, döndü getdi! Ona qədər isə… “MƏLƏYİM, ürəyimin içinin içi, son nəfəsim” deyib əzizləyirdim.
Baxın, deyirəm ki, ay canıyanmış ÖLÜM, hamı sənə nifrət edir, səni kifir, eybəcər, namərd, ucuz, bədbəxt sayır, səndən qorxur, uzaq qaçır. Dalınca döyüş bölgələrinə, İrəvana, Moskvaya, Barnaulacan gəlmişəm.Hər dəfə də aradan çıxıbsan. Olmaz axı belə! Heç kim sənə evində yer tanımır – gəlişin yetimlik, sağırlıq gətirir uşaqlar üçün, valideynlərin göz dağısan. Hamı səni düşməninə arzulayır. Qarğışdan başqa heç bir halda yada düşmürsən. Amma mən səni nəinki dostlara, hətta düşmənlərə qıymıram, heç kimlə paylaşmaq istəmirəm. Səni qaymaqdodaq, almayanaq, incəbel, qələmqaş, alagöz, nurlu bir mələk kimi sevirəm! Hamı sənin sifətinin boz, üzünun soyuq olduğunu deyir – görürsən ki, mənim sevgimdən həyalanırsan, utanırsan, başını aşağı salırsan, üzünü çevirirsən, day niyə çıxıb gedirsən? Neyləyim ki, inanasan – Yer üzündə bizdən ideal cütlük olmayıb, yoxdur, ola da bilməz: AYDIN – ÖLÜM! Dostlar da sevinər, yeddi gün bayram edər, qırx gün bizdən danışar, ildə də bir dəfə xatırlayarlar. Düşmənlər də elə düşmən kimi qalacaqlar: idbar ölüm, ucuz ölüm, şərəfsiz ölüm, namərd ölüm, qəfil ölüm gözləyə-gözləyə. Səni mənim qədər şərəfləndirən bir kimsə oldumu bu yer üzünün? Heç kim sənin adınla, özünlə sevinmədi – məndən başqa! Gəl gedək Yer üzündən – nə mən yer adamıyam, nə sən yer mələyi. Qoy yer üzü də arın-arxayın yaşasın! Nə qaşqabağını tökürsən – indi mən neyləyim ki, adamlar başa düşmək istəmir: sənə nifrət etdikcə, səndən qorxduqca, sənə təyinlər, təşbehlər yapdıqca, onların düşüncələrini özlərinə tətbiq edirsən, səni sevdikcə adamdan qaçırsan! Bu dünya əzab dünyasıdır – verdiyini alan dünyadır. Sən də onlara ona görə hirslənirsən ki, dördəlli yapışıblar yerdən – iynə-dərman, əməliyyat, süni nəfəs aparatı – nə gəldi ağıllarına icad edirlər ki, təki sən onlara yaxın düşməyəsən. Mən ki, qırx bir ildir sənə xəyanət etmədən səni gözləyirəm, səni sevgilim bilirəm – bu yerin gülün-çiçəyin, evin-eşiyin, malın-mülkün, mənsəbin istəmədim, bağlamadım özümü ona. Bağlandığım tək sən oldun! Sən də gah əzizlərimin qapısını döydün, gah dostlarımla oturub-durdun, gah da düşmənlərimi əlimdən aldın! İnan səni və məni Yaradana, bir gün yer üzündə qapısını döyəcəyin adam qalmayacaq, onda da mən sənin üzünə baxmaram. İnanma ki, əvvəlki küsüb-barışmağımıza, çəkdiyin dağlara day odsuz alışmaram. Sənin istədiyin nədir, bilirəm, istəklərin Ağadadaş Ağayevin repertuarında cəmlənib, mən də tez-tez qulaq asıram onun ifasında… özümə:
Gözün-qaşın “gəl” deyir,
“Gəl, barışaq, gəl” deyir,
Baxışların “sevdim, sevdim”,
Dilin “yıxıl, öl” deyir!
İstəyirsən, əlim əlinə yetməmiş ÖZÜM ÖLÜM!
Son dəfə xəbərdarlıq edirəm, gözəlim ÖLÜM, sən öl, özüm ölüm, “daş olub yoluna düzüləcəyəm, yaş olub gözündən süzüləcəyəm, sənin acığına tez öləcəyəm, məni zülüm-zülüm axtaracaqsan” (Tofiq Bayram).
Sən fikirləşirsən ki, alman əsirliyində rus qızı olmaq daha yaxşıdır, nəinki mənim sevgilim olmaq!
Sən fikirləşirsən ki, kirayənişinlikdən, qonorarla dolanmaqdan, ehtiyac və kasıblıqdan çıxmaqdansa, hər gün yazılarımı bir qəzetdə çıxardıb onları sənə “yedizdirib” gözünün son damla yaşını da çıxardaram. Nə fərqi var, elə də ağlayacaqsan, belə də… Təkcə”mənim göz yaşımı görməyəcəklər, səninsə islanar gəlin duvağın!” (Tofiq… Nurəli)
Ağlayacaqsan, ağlayacaqsan, ağlayacaqsan, insanlar heyrətlənəcək: ÖLÜM ağlayır – İLK SEVGİLİSİ üçün! Onda başa düşəcəklər ki, Yer üzündə də, göy üzündə də bir-birinə olan bütün sevgilərin sonu göz yaşlarıdır, ona görə də bir-birini yox, BİR OLAN ALLAHI sevmək gərəkdir!
Səni həm də ona görə sevirdim ki, göndərildiyim yerə qayıtmaq üçün ən yaxşı, ən etibarlı və ən sədaqətli ÜRƏK SİRDAŞIydın, mənim ÖLÜM adlı MƏLƏYİM – son nəfəsim. Səni SON NƏFƏSimin ŞAHİDİ kimi də sevirdim.
Eh-h, “məhəbbətin qədrini, axı hardan biləsən”, özünün bədbəxtliyinə razı olub mənə qıymayan gözəlim?!
…Küsüb məndən ÖLÜM! Qırx bir ildir! Alınmır! ÖLÜMü yola gətirə bilmirəm. Ki, götürüm aparım Yer üzündən!
Deyəsən, heç alınmayacaq da! MÜƏLLİM deyir ki, qorxma, biz ÖLÜMlə üz-üzə gəlməyəcəyik!
ÖLÜMmü ağlasın, mənmi sevinim? – “Azərbaycan xalqından dəstək gözləyirəm, sms-lərinizi bol eləyin”…
Previous Post

Bakıda “Range Rover” dövlətə 8000 ziyan vurdu

Next Post

`İlham Əliyevin siyasətini bəyənirik` – Avropa Parlamentinin vitse-prezidenti

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

`İlham Əliyevin siyasətini bəyənirik` - Avropa Parlamentinin vitse-prezidenti

`İlham Əliyevin siyasətini bəyənirik` - Avropa Parlamentinin vitse-prezidenti

Son xəbərlər

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

30 İyul 2026 - 23:54
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 - 23:51
ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

30 İyul 2026 - 23:49
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15
İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

30 İyul 2026 - 20:12
Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

30 İyul 2026 - 20:08
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

30 İyul 2026 - 20:05
Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

30 İyul 2026 - 20:01
Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

30 İyul 2026 - 19:57
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

30 İyul 2026 - 19:30
Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

30 İyul 2026 - 19:27
Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

30 İyul 2026 - 19:25
İran Küveytdəki ABŞ bazasına hücum edib

İran Küveytdəki ABŞ bazasına hücum edib

30 İyul 2026 - 19:20
“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

30 İyul 2026 - 19:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.