Qazax rayonunun Hüseynbəyli kəndində intihar hadisəsi baş verib.
Elchi.az Unikal.az-a istinadən xəbər verir ki, kənd sakini, Vəkillər Kollegiyasının üzvü, 1980-ci il təvəllüdlü Rüfət Mahmudov intihar edib.
Rüfət Əsəd oğlu Mahmudov Qazax rayonunda vəkillik fəaliyyəti ilə məşğul olurmuş. O, intihar etdiyi gündən bir gün əvvəl işi ilə əlaqədar Zaqatalaya getməli imiş. Lakin Rüfət ora getməyib, növbəti gün isə kənddəki pay torpağında özünü asaraq intihar edib. Ailə üzvləri onun hər hansı problemindən xəbərsiz olduqlarını, intihar səbəbini bilmədiklərini deyiblər.
Rüfət Mahmudov ailəli olub. Onun 2 oğlu, 1 qızı var. Kənd sakinləri onların normal, münaqişəsiz ailə olduqlarını bildiriblər.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu...





















Son şərhlər