"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Yazdıqlarına görə evinə söyüş aparmayan Həmkar-Dost-Jurnalist”-Aydın Can yazır

01 Noyabr 2023 - 20:18
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Ya Əli!
və yaxud
Yazdıqlarına görə evinə söyüş aparmayan Həmkar-Dost-Jurnalist.

Bunu da oxuyun

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Odissey”in kitab satışları 1400 faiz artdı

Bu gün Əli Həziquliyevin 55 yaşı tamam olur – əslində, 5 gün qabaqdan tamam olub: sənədləşmə belə aparılıb!

Və… jurnalistikanın – əvvəlindən başlayanda peyin iyi verən, ortasında sovet ideologiyasına mütilik yapan, müstəqillik dönəmində isə qələm qəhrəmanlarının kimlərinsə oyuncağı olduğu üzə çıxan, sonucda – bu günündə isə… üfunət qoxuyan (klan, mafiya, monopolist-oliqarx, dini-təriqət, sekta, xarici xüsusi xidmət, qrant qarınqululuğu üstündə informasiya təbliğatı aparan), vəsf və mədh ilə məddahlıq-yaltaqlıq sərhədini qarışdıran durumunda durub bir jurnalistin 55 yaşı haqqında ballada yazmağa dəyərmi, xüsusi şəkildə qeyd etməyə ehtiyac varmı?

Yoxdur! Birmənalı şəkildə! Sadəcə, “təbrik edirəm” yazıb keçmək lazımdır! Amma və lakin… Əli Həziquliyev istisnadır! Onu təbrik etmək olar, lazımdır, vacibdir!

Niyə?

Buyurun, oxuyun, etirazınız-zadınız olsa, yazarsınız şərh yerinə!

Əli Həziquliyev bu gün Azərbaycanda milli-azadlıq hərəkatından danışan hər birinin yanında söz demək haqqına malikdir və hamını da doğru-dürüst tanıyır: kim hardan və necə gəlib, kimləri kimlər dalından itələyib qabağa salıb, tribunaya çıxarıb, kim harda və necə mübarizə aparıb, nə üçün “vuruşub”, nə əldə edib, tam təfərrüatı və təfsilatı ilə bilir, dəqiq bilir, sübutlu-faktlı bilir, fəqət… danışmır! Yazmır! Nəsir İmanquliyevin tələbəsi olmasa da, dediyinə əməl edir: “Qəzet hər şeyi yazmaq üçün deyil!”

Azərbaycan jurnalistikasının “qələmfədailəri” kiminsə ağzından eşitdiyini “şok” xəbər edib yazı verdiyi halda, Əli Həziquliyev gözüylə gördüyü, qulağıyla eşitdiyi, içində olduğu hadisələrdən danışmır, susur! – danışsa, ürəklə dalaq yerini dəyişər, mədəylə böyrək müaribəyə qalxar, ağ ciyərlə qara ciyər çöldən nəfəs alar, qan qəbul edər, ayaqlar başda, başlar ayaqda olar, başını qabağa tutub daldalı yeriyər kimlərsə…

Halbuki “adamlar” gündəm “partlatmaqda”, “qandonduran” məlumatlar çatdırmaqda özlərini hara gəldi soxublar!

Nəticədə bilinib ki, bunların məqsədi, Azərbaycan Dövləti, Xalqı, Vətən, Millət yox, bir holdinq, bir mandat, bir vəzifə imiş – bizə “kukuş” gəliblər!

Əli Həziquliyevə ona görə təbrik düşür ki, o yuxarıda sadaladıqlarımın heç birini eləməyib! Deyim ki, imkanı olmayıb, eləməyib, deyim ki, təklif olmayıb eləməyib, yox!
İmkanı da olub – gül kimi qərbaz (Qərbi Azərbaycanlı)-yeraz (ermənistan azərbaycanlısı)-qaçqın-köçkün, regional balans, əhatə və əlaqə dairəsi, hər şey cağbacağ yerində!
İmkanı olub eləməyib, təklif olub eləməyib! Regional mənsubiyyəti imkan verib eləməyib, siyasi düşərgəsi imkan verib eləməyib!

Daha artığını neyləyib axı bu Əli Həziquliyev belə ürəkdən və ürəklə yazıram?

Əli Həziquliyev eləməyib dediklərimin hamısını eləyənlərdən daha çoxuna malikdir… etmədiyi üçün: evi-maşını, saytı, təmiz adı, gül kimi ailəsi, savadlı balaları, cəmiyyətdə və dostların içində hörməti!

İndi durub deyəcəksinizsə, bir yazısını göstərin, külli-“Azadlıq”ın və “Yeni Müsavat”ın arxivinə də qoyaram ortaya, Əli Həziquliyevin yazdıqlarını da və deyərəm: gedin Vahid Musayevlə Əsgər Məmmədovu qəbirdə, Ramiz Mehdiyevi də Əli Həsənovla pensiya aldıqları yerdə yaxalayın, soruşun görün Əli Həziquliyevin yazdıqları sizi haracan darmadağın edib, əsəbləşdirib, qışqırdıb? Onlar deyəcəklər!

Əli Həziquliyev publika üçün pafosla yazmayıb – kütlə sevgisi onun marağında olmayıb! Dövlət və milli (xüsusilə də regional) dəyərlər önəmli olub!

Gəncə Kənd Təsərrüfatı Akademiyasının zootexnik məzunu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunlarından daha yaxşı hədəfə vurub: sözlə! Sözü iynə kimi vurub amma! Jurnalistikanı qurtarıb jurnalistikaya gələnlər “iynə” batırmaqla məşğul olublar, onu hardan və necə, eləcə də nə üçün vurmağı bilmədikləri halda, “zootexnik” Əli hədəfə ölümünə tutuzdurub və bununla belə, heç vaxt tərəfkeşlikdə, yerlibazlıqda, qrup və partiya marağından çıxış etməkdə, klanlararası savaşda, regional təəssübkeşlikdə ittiham olunmayıb!

Əli Həziquliyevin tərəfində durduqları ən ağır formada təhqir olunanda mərd-mərdanə döyüş meydanına çıxıb, sinəsini qabağa verib, məhv edib, ayağına gətirib və bunu… qabartmayıb! Bilənlər bilir! Faktiki isə “kompromat bankomatı” olan Əli Həziquliyev böyük əxlaq və mərhəmət göstərərək münaqişə və konflikti söndürmək üçün əlaqə telefonu açaraq, barışıq üçün ilk addımı atıb həmişə! Təklif verib, “mən-mən” deyənlər, “qabağından yeməyən oğlanlar” – ölkə mətbuatında özünü media kapitanı, full və kull sayanların dizini qatlayıb: söhbət əgər özünə lider saydığı Elçibəydən və başqa doşmalardan gedibsə!

Əli Həziquliyevi buna görə təbrik etmək lazımdır: lider sağdır, ölüb, kimin yanındasan, fərq etməz, Böyük dediyini hər yerdə hər zaman qoruyacaqsan!

Əli Həziquliyevi buna görə təbrik etmək lazımdır: özünün tanıdığı, əxlaqına bələd olduğu birisini küllü-Azərbaycan düşməni ola, vecinə almaz, ocağının yuxarı başında tutar!

Fakt istəyirsiniz? Buyurun: 2012-ci ilin dekabrın 27-də həbsdən çıxanda “Ləvəngi”də “canbirqəlb dostlar” bir stulda oturub çay içməyə gəlmədikləri, aradan çıxdıqları, yazılarımı qonorar müqabilində dərc etməyi yayımlamağı rəva görmədikləri halda… redaksiyanın açarını və möhürünü verib “nə istəyirsən yaz, al, qal o redaksiyada” deyib və hər ay… ailə büdcəsindən 200 (iki yüz) ABŞ dolları və özü də bir gün gecikdirmədən belə (ayın 12-də) kəsib verib mənə! Tam sərasər 5 ay – beşinci ay pulu alandan sonra çıxdım getdim Moskvaya: vicdanım Əlinin mərhəmətindən, mənə düşmən olanlara performansından utandırdı!

Əli Həziquliyev vicdanı olan hər kəsi utandırmaq qədərincə mərhəmətlidir!
Əli Həziquliyev qardaşımın toyunda olub – heç bir xeyir-şərində olmadığım halda: halbuki toylarına güllə altında gedib, toylarından yazı yazdığım “dostlar” gəlməmişdi!
Əli Həziquliyev atamın yas mərasimində olub: Azərbaycanın ən ucqar bölgələrində belə dədələrinin tabutuna çiyin verdiklərimdən başsağlığı belə görmədim: bu o vaxtlar idi ki, “Aydını tutacaqlar” mesajları var idi, “Aydını tutublar” arqumenti var idi bəhanə kimi! Hamı qaçırdı, ortada bir Əli… Həziquliyev vardı!

Əli Həziquliyevi bu gün – 55 yaşında ona görə təbrik etmək lazımdır ki, Əli Həziquliyev bir günün, bir ilin, on ilin, iyirmi ilin Əli Həziquliyevi deyil! Əli Həziquliyev Azərbaycan əxlaqının 55 illik Əli Həziquliyevidir!

Elçibəydən bir yazı yazmışdım – başa düşən Elçibəyçi də söyürdü, başa düşməyən Elçibəyçi də!

Əli Həziquliyev hər gün mənimlə görüşürdü – heç nə eləmədən, eləcə görüşürdü! Və ilin sonunda Elçibəy yazısı yazdım – düz 22 ildir hər il Elçibəydən yazıram! Əlbəttə ki, Əlinin ürəyincə olan!
Çünki məhz Əli Həziquliyev Elçibəy əxlaqı sərgiləyə bildi!

Əli Həziquliyevi təbrik etmək ən azından ona görə lazımdır ki, Əli adında bütün günahkarların cəzasını yuyub, yuyur, yuyacaq da – bir tək Əli Kərimlininikindən başqa!
Təkcə mənə və Əli adında olanlara görə yox ki, Əlini həm də həmkarlarını cəzalarından azad etməkdən, sıxışdırılmaqdan xilas edib, bir sözüylə bağışladıb! Bu gün mətbuatda başına and içiləsi eləsi var ki, Əli Həziquliyev hadisənin mahiyyətini bilən anda yubanmadan hərəkətə keçib, lazım olan adama zəng edib, problemi anladıb, əfv etməsinə nail olub!

Əli Həziquliyevi təbrik etmək üçün 55 vurulsun 55 səbəbin içində həm də o var ki, həmkar, dost, yerli olanı qorumaq üçün yorulmadan arayış verib, anladıb, anlamayanlar bu gün də içəridədir, dünən də içəridə idilər!

Əli Həziquliyevin bir qəzeti olub, indi də bir saytı var!

Heç vaxt nə saytını, nə qəzetini gözə soxub! Həmin o “məşhur” olmayan qəzet və saytın kollektivinin nümayəndələri indi sayt rəhbəridir, telekanallarda aparıcıdır, Prezident Aparatında işləyirlər!

Əli Həziquliyev isə öz həmişəki yerindədir – o yerində ki, həm vəzifəsidir, həm əxlaqıdır, həm də peşəkarlığı! İnsanlığı durduğu yerdən o qədər gözəl boylanır ki!

Və bütün 55 ilin içində bircə əxlaqsız davranış yoxdur! Tanıdığım 23 ilə görə şahidəm: uşaq vaxtı kənddə neyləyib, onu deyə bilmərəm, ancaq o dövrünə də arxayınam – erməniylə savaş, qaçqınlıq, mübarizə illəri…

Bəzən diqqət yetirəndə Əli Həziquliyevin dostları və oxucuları təhlükələrdən qoruyan elə fikirlərinə rast gəlirsən ki, humanizmdən ehtizaza gəlirsən – əslində, diqqətli olanda görürsən ki, bu, Əli Həziquliyevin qanında var, həmişə belə humanizm nümayiş etdirir!

Əli Həziquliyevin xoşuma gələn bir neçə fikri var ki, bayılıram: “Aydın, adam addım atanda dostları nəzərə alar ki, onlar nə qədər çıxılmaz vəziyyətə düşəcək sənin bu addımından (yazından, cümləndən çıxışından).

Və bir də… “Aydın, daha necə deyim, başa salım? Deyirəm ki, mən zootexnikliyi qurtarmışam, sizə jurnalistika öyrədim?”

Bəli, Əli Həziquliyev bu gün Azərbaycanda jurnalistlərə jurnalistika öyrədəcək diapazonda bir jurnalistdir – bugünkü bəzi “əməkdar jurnalist”lərin əmək fəaliyyətində və yazılarında bu örnək yoxdur: girən girənədir, yaltaqlanan dozasını saxlayammır!

Amma Əli… bizim Əli… yeraz Əli, zootexnik Əli, qaçqın Əli… jurnalistikanı öz yurduna, öz məcrasına qaytarır… varlığıyla, ədəbiylə, əxlaqıyla!
Nə qədər nail olur, artıq onluq deyil – əgər Aydın Can etiraf edirsə, bunun özü də elə bir təşəkkür, mükafat və təbrikdir!

Zarafat öz yerində, Möhtərəm və Möhtəşəm Aydın Candan artıq kim var ki, etiraf eləməsin?

Ya Əli, səni təbrik edirəm, bağrıma basıram, nəzərə də alıram ki, bu yazımı da sən istəyən kimi – vulqar ifadələrsiz yaza bilmədim, Sən də nəzərə al ki, belə bir dönəmdə, belə mühitdə mənim kimi götürümlü adam hələ düzələ bilmirsə, deməli, qarşıda çox işlər var və Sən o işləri görməkdə yardımçı olmalısan! Nə qədər gec nail olsan o qədər yaxşıdır: mən sənin 70 yaşında sən istəyən yazını yazacam!

Söz!

Previous Post

“Yazdıqlarına görə evinə söyüş aparmayan Həmkar-Dost-Jurnalist”-Aydın Can yazır

Next Post

Azərbaycanın dövlət büdcəsinin bu xərcləri 7 % artırılır

Bənzər yazılar

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13

Müasir dövrdə qlobal və regional münasibətlər sistemində baş verən sürətli dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırmaqdadır. Müxtəlif...

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Next Post
Azərbaycanın dövlət büdcəsinin bu xərcləri 7 % artırılır

Azərbaycanın dövlət büdcəsinin bu xərcləri 7 % artırılır

Azərbaycanın dövlət büdcəsinin bu xərcləri 7 % artırılır

Azərbaycanın dövlət büdcəsinin bu xərcləri 7 % artırılır

Son xəbərlər

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

02 Avqust 2026 - 19:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14
Gürcüstan ali təhsili pulsuz edir

Gürcüstan ali təhsili pulsuz edir

02 Avqust 2026 - 18:00
Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

02 Avqust 2026 - 17:57
Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30
Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03
Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

02 Avqust 2026 - 14:46
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48
Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.