Vaşinqton Ermənistan və Azərbaycanın sülh sazişi əldə etməsini vacib hesab edir.
Elchi.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Bu, bir müddətdir ki, təbliğ etdiyimiz bir amildir. Bildirdik ki, hər iki tərəf çətin kompromislərə getməyə hazır olarsa, buna nail olmaq olar. Aydındır ki, son bir neçə ayda belə bir şey görmədik. Prezident Əliyev və Baş nazir Paşinyan gələn həftə görüşəcəklərini bəyan ediblər. Onların görüşməsinin və nəticədə iki ölkə arasındakı uçurumu aradan qaldırmasının vacib olduğuna inanırıq”, – o bildirib.
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir
Azərbaycan regional əməkdaşlığın siyasi ambisiyadan praktiki icraya necə keçə biləcəyinin konkret nümunəsini təqdim edir. Elchi.az xəbər verir ki, bunu Birləşmiş...





















Son şərhlər