Ukraynanın müdafiə sənayesi görünməmiş şəkildə sürətlə inkişaf edir. Bu, Kiyevə cəbhə xəttindən xeyli kənarda zərbələr endirməyə imkan verir.
Elchi.az xəbər verir ki, bu barədə CNN-də yayılan məqalədə bildirilib.
Qeyd olunub ki, Ukrayna hücum təyyarələri, dəniz dronlarının istehsalını inkişaf etdirir, həmçinin özünün uzaqmənzilli raketlərinin istehsalına başlayır.
Rusiya ərazisinə kütləvi dron hücumlarından bəhs edilən məqalədə müharibənin yeni mərhələsinin başlandığı vurğulanıb:
“Ukraynanın müharibəni Rusiya ərazisinə keçirtmək istəyinin artması yeni mərhələnin ən dramatik sübutudur. Hava və dəniz pilotsuz təyyarələri, sirli yeni raketlər və komando bölmələri bütün alətlər dəstinin bir hissəsidir. Hədəflər arasında Rusiya aerodromları, hava hücumundan müdafiə sistemləri və gəmilər var. Ukraynanın münaqişəni genişləndirmək üçün çoxlu səbəbləri var”.
Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir
Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...






















Son şərhlər