"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Prezident bu nazirliyə yeni səlahiyyət verdi

02 Sentyabr 2023 - 14:22
in GÜNDƏM
FacebookVatsap

Prezident İlham Əliyev Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bunu da oxuyun

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Elchi.az fərmanın mətnini təqdim edir:

1. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 709; 2006, № 5, maddə 404, № 11, maddə 947; 2007, № 6, maddə 601; 2009, № 4, maddə 226; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384; 2017, № 3, maddələr 374, 382, № 6, maddələr 1066, 1095, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2322; 2018, № 6, maddə 1237; 2019, № 7, maddə 1215; 2020, № 8, maddə 1033; 2022, № 5, maddə 471, № 8, maddələr 840, 894; 2023, № 1, maddə 93, № 2, maddə 230, № 4, maddə 479) 2.10-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“2.10. həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;”.

2. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 583 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 465) 2-ci hissəsindən “və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsində” sözləri çıxarılsın.

3. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 474; 2015, № 9, maddə 990; 2020, № 1, maddə 10, № 3, maddə 236; 2021, № 8, maddə 909) 3.6-cı bəndində “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1127; 2016, № 6, maddə 1033, № 8, maddə 1384; 2018, № 8, maddə 1677; 2019, № 5, maddə 828; 2021, № 8, maddə 905; 2022, № 5, maddə 473) aşağıdakı dəyişikliklər edilsin:

4.1. preambulanın dördüncü abzasından “vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi,” sözləri çıxarılsın;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə” üzrə:

4.2.1. 1.2-ci bənddə “xidmətləri göstərilməsinə görə tariflərin dövlət tənzimlənməsini həyata keçirir, bu sahədə” sözləri “xidmətlərinin göstərilməsi sahəsində” sözləri ilə əvəz edilsin;

4.2.2. 1.2-1-ci bənddə “bu Əsasnamənin 2.0.1-ci yarımbəndinin 1–3-cü abzaslarında göstərilən” sözləri “dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması xidmətləri, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər” sözləri ilə əvəz edilsin;

4.2.3. 2.0.1-ci yarımbənd ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli 936 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1032; 2021, № 8, maddə 904) ilə təsdiq edilmiş “Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.1-ci bənddə “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası (bundan sonra – Koordinasiya Şurası)” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik)” sözləri ilə əvəz edilsin;

5.2. 1.4-cü bənddə “Koordinasiya Şurasının” sözləri “Azərbaycan Respublikası Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının (bundan sonra – Koordinasiya Şurası)” sözləri ilə əvəz edilsin;

5.3. 2.1-ci, 2.4-cü, 2.5-ci, 2.6-cı (hər iki halda), 2.8-ci və 2.12-ci bəndlərdə ismin müvafiq hallarında “Koordinasiya Şurası” sözləri ismin müvafiq hallarında “Nazirlik” sözü ilə əvəz edilsin;

5.4. 2.11-ci bənd ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929; 2020, № 3, maddə 231, № 4, maddə 407, № 8, maddə 1044; 2021, № 6 (I kitab), maddə 593, № 12, maddələr 1356, 1430; 2022, № 5, maddə 459, № 11, maddə 1264; 2023, № 3, maddə 368, № 4, maddələr 474, 499) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. aşağıdakı məzmunda 2.0.2-1-ci yarımbənd əlavə edilsin:

“2.0.2-1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir;”;

6.2. 3.0.7-ci yarımbənddə “müvafiq sahəyə aid olan məsələlərə dair tarif siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək,” sözləri “müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq etmək,” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 dekabr tarixli 1492 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1357) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 3.1.9-cu yarımbəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 3.1.10-cu yarımbəndi ləğv edilsin.

8. “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 100) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.2.3-cü yarımbənd ləğv edilsin;

8.2. 2.3-cü bənddən “29.4-cü, 33.5-ci maddələrində,” sözləri çıxarılsın;

8.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. həmin Qanunun 29.4-cü və 33.5-ci maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;”.

9. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 1 – 8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

10. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yeni tariflər və xidmət haqları təsdiq edilənədək mövcud tariflər və xidmət haqları öz hüquqi qüvvəsini saxlasın.

11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Previous Post

Prezident bu nazirliyə yeni səlahiyyət verdi

Next Post

Ermənilərin PUA idarəetmə stansiyasının məhv edilməsi – Video

Bənzər yazılar

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

02 Sentyabr 2026 - 11:48

Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla,...

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

02 Sentyabr 2026 - 11:09

Mina problemini heç bir ölkə təkbaşına həll edə bilməz. Elchi.az xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov IV...

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

01 Sentyabr 2026 - 17:03

Böyük siyasətdə təsadüflərə yer yoxdur. İlk baxışdan hətta təsadüfi hesab olunan hadisələr belə zamanla möhtəşəm geosiyasi gedişatın unudulmaz rəmzinə çevrilə...

İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir – CANLI

31 Avqust 2026 - 18:45

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev...

Next Post
Ermənilərin PUA idarəetmə stansiyasının məhv edilməsi – Video

Ermənilərin PUA idarəetmə stansiyasının məhv edilməsi - Video

Ermənilərin PUA idarəetmə stansiyasının məhv edilməsi – Video

Ermənilərin PUA idarəetmə stansiyasının məhv edilməsi - Video

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.