Rusiyalı akademik, sovet planetlərarası və Ay proqramının həmmüəlliflərindən biri Mixail Marov dünən Rusiyanın Aya göndərdiyi “Luna-25” avtomatik stansiyasının qəzaya uğramasından sonra xəstəxanaya yerləşdirilib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, 90 yaşlı akademik Moskvadakı Mərkəzi Kliniki Xəstəxanadadır.
Bildirilib ki, Mixail Marov Ay missiyasının uğursuzluğuna dözə bilməyib və halı pisləşib.
“Mənim üçün bu, bəlkə də Aysal proqramımızın canlanmasını görmək üçün son ümid idi”, – akademik bildirib.
Qeyd edək ki, son 50 ildə Rusiyanın Aya göndərdiyi ilk stansiya idi.
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb
İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az xəbər verir ki, bu...


















Son şərhlər