Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub.
Bu barədə Elchi.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
“Orta əsrlər dövrünə aid qəbiristanlıq Salyan Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində bir-birindən fərqli simvollar, işarələr mövcuddur. Bəzi məzar daşlarının üzərində ərəb qrafikalı əlifba ilə yazılan yazılara da rast gəlinib.
Hazırda ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görülür”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün də Cəlilabadda 15-ci əsrə aid edilən qoç fiquru aşkarlanmışdı.
Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların sentyabrın 11-də ödənilməsi nəzərdə tutulub. Bu barədə Elchi.az-a Dövlət Sosial Müdafiə Fondundan...





















Son şərhlər