"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“BMT ölü doğulmuş təşkilatdır”

08 Avqust 2023 - 10:49
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Onun məzmununa uyğun adı Millətlərin Mənasız Diskussiya Klubu olmalıdı”

Bunu da oxuyun

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına açıqlamasında BMT ekspertlərinin Qarabağda guya “gərgin humanitar vəziyyət” in olduğu barədə açıqlamalarına və ABŞ başda olmaqla bəzi Qərb ölkələrinin Azərbaycana açıq təzyiqlərinə münasibət bildirib.

BMT-nin ölü doğulmuş təşkilat olduğunu bildirən Qüdrət Həsənquliyev qeyd edib ki, bu qurum yarandığı gündən dünyada sülhə və sabitliyə heç bir ciddi töhfə verə bilməyib: “Dünyada gərginliyi yaradan böyük nüvə dövlətləridi, onların da BMT Təhlükəsizlik Şurasında veto hüququ var. Kiçik dövlətlər nə edə bilər ki? Hazırda Ukraynada, Liviyada,Suriyada, Nigerdə və digər ölkələrdə qanlı savaş gedir, BMT nəsə edə bilirmi? Onun məzmununa uyğun adı Millətlərin Mənasız Diskussiya Klubu olmalıdı. Bu qurumdan zaman-zaman böyük güclər öz mənfur siyasətlərini həyata keçirmək üçün istifadə ediblər.

ABŞ-a gəldikdə isə Prezident Bayden ermənipərəst siyasətçidir, işğalçı Ermənistanı müdafiə etmək üçün Azərbaycana tətbiq olunan sanksiyanın – “Azadlığa Yardım Akt”ına 907-ci düzəlişin müəllifidir, pulu çox sevir, o cümlədən erməni diasporasının pulunu. Oğlunun Ukraynadan qazandığı pullar haqqında da çox yazılıb, çox danışılıb. Bayden ABŞ-ın gücünü bizə yox, Suriyada göstərməliydi, Əfqənanıstandan dovşan kimi qaçmamalıydı, ən azı Ukraynaya təzyiq edib nüvə silahını əlindən aldığı və Budapeşt memorondumunu imzaladığı üçün həm 2014-cü ildə, həm bu gün onu ləyaqətlə müdafiə etməliydi. Fransanın bizə münasibəti də eyni əsaslara görə müəyyən olunub. Bəzi qorxudulmuş kiçik Avropa ölkələri də onların ağzına baxır. Azərbaycan Qarabağda işğala son qoyub dövlət suverenliyini bərpa etməkdə qərarlı görsənir, bu istiqamətdə konkret addımlar atır və bu da onları qıcıqlandırır. Bu zaman onlar başlayırlar qanunun aliliyindən, insan haqlarından, Qərb standartlarından danışmağa. Mənim bu sözlərimdən o nəticəni çıxarmaq lazım deyil ki, bu sahədəki nöqsanlar barədə danışmamalıyıq. Yox, sadəcə insanlar bilməlidir ki, onlar niyə indi canfəşanlıq edirlər. Onların yanaşmasından belə çıxır ki, Azərbaycanda adi vətəndaşın canını da almaq olar, amma onların cəmiyyətə “böyük alim” və “əzabkeş siyasətçi” kimi sırımaq istədiyi birisinə toxunmaq olmaz. Əvvəllər də siyasi motivlərlə həbs olunduğu iddia olunan adamlar olub, amma belə reaksiya olmayıb. Bu da mənim dediklərimi təsdiq edir. Allah günahsız tutlan bütün məhbusların qapısını açsın. Azərbaycan Qarabağ məsələsində qətiyyətli mövqe sərgiləməkdə davam etməli, ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır. Bölgədə sülhün olmasını, demokratiyanın inkişafını və xalqların rifanı istəyənlər Ermənistandan tələb etməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalasın. Bunu etməyənlər çirkin məqsədlər naminə boşboğazlıq edənlərdir. Azərbaycan müttəfiqləri və qonşu ölkələrlə əməkdaşlığı genişləndirməli, öz xalqının maraqları naminə, Avropa ölkəsi kimi minimum Avropa standartlarına cavab vermək və inkişafımızı sürətləndirmək üçün islahatlar həyata keçirməlidir”.

Previous Post

“BMT ölü doğulmuş təşkilatdır”

Next Post

Nulanddan Nigerdəki üsyançılara XƏBƏRDARLIQ

Bənzər yazılar

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33

Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan...

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00

NATO-nun Baş katibi Mark Rutte Niderlandın "NPO 1" telekanalının efirində çıxış edərkən Rusiya ilə münaqişənin nizamlanması çərçivəsində Ukraynanın ərazi məsələsində...

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin baş direktoru İlon Mask "SpaceX"-in Ukraynaya yardım göstərməklə səhv etdiyini iddia edən bir məqalə...

ƏHD Partiyasının təbrik bəyanatı

ƏHD Partiyasının təbrik bəyanatı

06 Noyabr 2026 - 12:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. ƏHD Partiyası mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə,...

Next Post
Nulanddan Nigerdəki üsyançılara XƏBƏRDARLIQ

Nulanddan Nigerdəki üsyançılara XƏBƏRDARLIQ

Nulanddan Nigerdəki üsyançılara XƏBƏRDARLIQ

Nulanddan Nigerdəki üsyançılara XƏBƏRDARLIQ

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.