ABŞ-ın keçmiş prezidenti Donald Tramp, məhkəmə onu Kapitoliyə hücumda günahkar hesab edərsə, polisə təslim olmağa razılaşıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Eyni zamanda, Vaşinqton məhkəməsi keçmiş Amerika liderini həbs etməyib, o, meydana çıxacağı və qanuna əməl edəcəyi vədi ilə azadlığa buraxılıb.
Qeyd edək ki, daha əvvəl Tramp sosial şəbəkələrdə Kapitoliyə hücum ittihamı ilə həbs olunmağa hazır olduğunu bildirib. ABŞ-ın keçmiş prezidenti bunu şərəf adlandırıb.
Havar Şəfiyeva





















Son şərhlər