“Neftçi” daha bir transferini rəsmiləşdirib.
Elchi.az xəbər verir ki, macarıstanlı futbolçu Mark Tamaşla 2 illik müqavilə bağlanıb. 29 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.
Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.
“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu
“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub. Elchi.az xəbər verir ki, “ağ-qaralar” hazırlıq prosesinin son günündə ikitərəfli oyun keçirib. Baş...





















Son şərhlər