“Vaqner” üzvlərinin hazırda Belarus ərazisində qoşulduğu tədbirlər Ukrayna əhalisinə psixoloji təzyiq məqsədi daşıyır.
Elchi.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev deyib.
“Onlar bunu hədə-qorxu gəlmək üçün edirlər. Amma bizi qorxmaq lazım deyil, çünki nə etməli olduğumuzu bilirik və düşmənin kəşfiyyat-diversiya qüvvələrinin Ukrayna ərazisində, xüsusən də Kiyev istiqamətində uğur qazanmaması üçün hər şeyi edirik. Düşmənin hərəkətlərinin qarşısını almaq üçün son bir həftə ərzində Belarusla sərhəddə yolun 5 hissəsi dağıdılıb, 2500-dən çox tank əleyhinə mina döşənib. Bundan əlavə, şəxsi heyətə davamlı olaraq təlimlər keçirilir”, – Nayev bildirib.
Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa–Baltikyanı (NB8) ölkələrinin liderləri ilə ABŞ və Rusiya ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşə hazırlığı müzakirə...





















Son şərhlər