Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus general İvan Popovun arvadı ərinin qəfil yoxa çıxdığını bildirib.
Elchi.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
“Popov rəhbərlik tərəfindən çağırılıb və problemlərini həll etmək üçün harasa gedib. Bundan sonra onunla əlaqə itib”, – məlumatda deyilir.
Daha əvvəl dərc edilmiş generalın əsgərlərə müraciəti ilə bağlı səs yazısına gəlincə, Popovun arvadı qeyd edib ki, səs geniş auditoriya üçün nəzərdə tutulmayıb:
“Sadəcə onu vəzifəsinə qaytarmaq üçün tərəfdaşları dəstək kimi dərc ediblər”.
Rutte: İran heç bir halda nüvə silahı potensialına malik olmamalıdır
NATO-nun baş katibi Mark Rutte, İranın nüvə silahı əldə etməsinin bütün dünya üçün təhlükə yaradacağını iddia edərək, "İran heç bir...






















Son şərhlər