Azərbaycanla müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir.
Elchi.az-ın məlumatına görə, bunu İsrailin müdafiə naziri Yoav Qallant tviterdə yazıb.
“Azərbaycana səfər çərçivəsində bir sıra sahələrdə əməkdaşlıq etməklə yanaşı, güclü əlaqələr və möhkəm dostluğu daha da dərinləşdirmək istiqamətində razılıq əldə olunub”, – nazir yazıb.
Qeyd edək ki, iyulun 13-ü Bakıya gələn Y.Qallant Prezident İlham Əliyev tərəfindən qəbul edilib. O, eyni zamanda Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib, müzakirələr aparılıb. Səfər başa çatıb.
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev...





















Son şərhlər