Çin lideri Si Szinpin real döyüşlərdə qalib gəlmək şanslarını artırmaq üçün hərbçiləri müharibə və döyüş planlamasını dərinləşdirməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Çin rəsmisi bildirib ki, dünya yeni təlatüm və dəyişiklik dövrünə qədəm qoyub, Çinin təhlükəsizlik vəziyyəti daha qeyri-sabit və qeyri-müəyyəndir:
“Biz çox düşünməli və hərbi məsələləri siyasi baxımdan həll etməli, cəsarətlə mübarizə aparmalı və milli suverenliyimizi, təhlükəsizliyimizi, maraqlarımızı qətiyyətlə müdafiə etməliyik”, – deyə S.Szinpin bildirib.
Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir
Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...





















Son şərhlər