Bolqarıstan 2023-cü ilin aprel ayında Azərbaycandan 74,8 milyon kubmetr təbii qaz idxal edib, martda bu rəqəm 44,5 milyon kubmetr olub.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Statistika İdarəsi olan “Eurostat”dan məlumat verilib.
Beləlilə, Azərbaycandan ölkəyə qaz idxalı əvvəlki ayla müqayisədə 68 faizdən çox artıb.
Apreldə qaz tədarükünün dəyəri martda 30,5 milyon avro ilə müqayisədə 29,9 milyon avro təşkil edib ki, bu da 2 faizdən çox azalma deməkdir.
Qeyd edək ki, Bolqarıstan 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) vasitəsilə Azərbaycandan qaz idxalına başlayıb. Bu interkonnektor vasitəsilə qaz tədarükünün müqavilə üzrə həcmi ildə 1 milyard kubmetr təşkil edir. İGB-nin ümumi tutumu 3 milyard kubmetrdir və ildə 5 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür.
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az xəbər verir ki, bu barədə...





















Son şərhlər