70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun.
Elchi.az xəbər verir ki, bunu Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld deyib.
O, 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Əziz Azərbaycanlılar, 28 may Azərbaycan tarixinin əlamətdar günlərindən biridir. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi və Şərqdə ilk demokratik respublikanı qurdu. Bu respublikanın dəyərləri bizim bu gün də yaşatdığımız dəyərlərdir: azadlıq, ictimai-siyasi həyatda qadınların rolu, insan haqları və söz azadlığı. 70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun. Bir kərə yüksələn bayraq bir daha enməz. Bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm”.
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub
Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) İran üzrə 1737 saylı Komitənin ekspertlər qrupunun mandatının 2027-ci ilin sentyabrınadək uzadılması haqqında...





















Son şərhlər