Azərbaycana gətirilən pomidor toxumlarında zərərli orqanizm aşkarlanıb.
Bu barədə Elchi.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Azilaqro MMC və Azərbaycan Toxumçuluq Təsərrüfatı MMC tərəfindən təsərrüfat faydalı sınaqların həyata keçirilməsi məqsədilə ölkəmizə idxal olunan “İstek” (50 qram) və “Parola” (2.997 kq və 0.126 kq) sortu olan pomidor toxumlarından Agentlik müfəttişləri nümunələr götürərək ekspertiza və analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər. Müayinələr nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – pomidor meyvələrinin qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş toxum partiyalarının ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub. Toxum partiyaları məhv edilib.
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "AHİK könüllüləri" layihəsinin iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar. AHİK könüllüləri kitabxananın...





















Son şərhlər