ABŞ-da keçirilən Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşündə Ararat Mirzoyan Bakıya Qarabağla bağlı vəd verib.
Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı erməni politoloq Andranik Ovanisyan yayıb.
“Bəzi məlumatlara əsasən, üçtərəfli görüşün ilk günü Ararat Mirzoyan Ermənistan hakimiyyətinin Baş nazir Nikol Paşinyanın simasında Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımaqda qətiyyətli olduğunu və konfliktin nizamlanmasına qərar verdiyini deyib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Ceyhun Bayramov isə Bakının Ermənistanın regiondakı iqtisadi və nəqliyyat-logistika layihələrində iştirakına maneə yaratmayacağını açıqlayıb.
Əgər bu informasiya həqiqət deyilsə, Vaşinqtondakı erməni nümayəndə heyətindən bir nəfər çıxıb bəyan etsin ki, Ermənistan heç bir halda Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq”, – A.Ovanisyan bildirib.
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib. Elchi.az xəbər verir ki, bu...



















Son şərhlər