"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Gələn ay Bakıda kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilər keçiriləcək

18 Aprel 2023 - 16:03
in İQTİSADİYYAT
FacebookVatsap

Gələn ay Bakı şəhəri ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilərə ev sahibliyi edəcək.
“Caspian Event Organisers”dən Elchi.az-a bildirilib ki, sayca 16-cı olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri mayın 17-19-da Bakı Ekspo Mərkəzində keçiriləcək. Sənaye liderlərinin başlıca görüş yeri statusunu daşıyan bu sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edəcək. Ötən il olduğu kimi, bu il də sərgilərdə rekord sayda milli və regional stendlər qurulacaq.
Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Bu mühüm hadisə “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin proqramlarında da öz əksini tapacaq və sərgilərdə Ümummilli Liderə həsr olunmuş stend yer alacaq.
“Caspian Agro” yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayacaq. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Böyük Britaniya, Çexiya, Estoniya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Latviya, Niderland Krallığı, Polşa, Qazaxıstan, Rusiya Federasiyası və Türkiyə şirkətləri yer alacaq. “Caspian Agro 2023”-də Almaniya, İtaliya, Amerika Birləşmiş Ştatları, Niderland Krallığı, Gürcüstan, eləcə də builki debütant ölkə olan Çexiyanın milli qrupları iştirak edəcək.
Üç gün davam edəcək “Caspian Agro” sərgisi zamanı kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaq. Builki sərginin əsas istiqamətlərindən birini “yaşıl kənd təsərrüfatı” təşkil edir. Son dövrlərdə aktual olan bu istiqamət sərginin loqosunda da öz əksini tapıb və loqoya “Green” sözü əlavə edilib. Bu mövzu sərgi çərçivəsində keçiriləcək Aqrar İnnovasiyalar Forumunda da gündəmdə olacaq. Bundan başqa, iki gün ərzində baş tutacaq forumda “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Orqanik kənd təsərrüfatı”, “Rəqəmsal kənd təsərrüfatı”, Naxçıvandan dəvət olunmuş fermerlərin çıxışı və digər mövzular müzakirə ediləcək.
Kənd təsərrüfatı sahəsində regionun ən böyük beynəlxalq sərgisi olan “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi, pambıq emalı və elektron kənd təsərrüfatı daxildir.
“Caspian Agro” ilə paralel olaraq, Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil ediləcək. Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Çin, Fransa, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Sloveniya, Şri-Lanka, Tayland, Türkiyə və ilk dəfə olaraq Tunisdən olan şirkətlər təmsil olunacaq. “InterFood Azerbaijan” keyfiyyətli malları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır.
Sərgidə təqdim olunan bütün məhsullar aşağıdakı istiqamətlərə bölünür: InterFood (qida sənayesi), InterDrink (içkilər), InterFoodTech (texnologiya), HalalFood, “HOREX”, “Ipack”.
İştirakçı və ziyarətçilərin maraqları nəzərə alınaraq, sərgilərin proqramı maraqlı tədbirlər və vacib mövzuları əhatə edir. Sərgilər çərçivəsində, dekorativ yeməklərin kompozisiyasından ibarət “Qida – sənət əsəri” sərgisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qızıl Şah – Qızıl Yüzlük” III Milli Kulinariya Çempionatı keçiriləcək. Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər, yüksəkkeyfiyyətli məhsul istehsalı üçün əvəzsiz şərtdir. Bu il baş tutacaq tura isə Naxçıvan Muxtar Respublikasından fermerlərin dəvət edilməsi nəzərdə tutulub.
Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edirlər. Beləliklə, sərgilərdə iştirak edən şəxslər yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərlə məsləhətləşmək və müxtəlif iştirakçıların təkliflərini nəzərdən keçirmək imkanı əldə edəcəklər. Sərgilərin rəsmi dəstəkçiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO). “Caspian Agro” sərgisinin sponsoru “Gubre.az” şirkətidir. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları Caspian Event Organisers və onun beynəlxalq tərəfdaşlarıdır.

Bunu da oxuyun

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

“Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb

SOCAR neftçiləri təbrik edib

Previous Post

Gələn ay Bakıda kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilər keçiriləcək

Next Post

Azarbaycanlı gənc EGMO-da qalib oldu

Bənzər yazılar

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

19 Sentyabr 2026 - 10:12

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,29 ABŞ...

“Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb

“Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb

19 Sentyabr 2026 - 10:01

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. Elchi.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 4,97%...

SOCAR neftçiləri təbrik edib

SOCAR neftçiləri təbrik edib

18 Sentyabr 2026 - 22:47

20 Sentyabr – Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini...

Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb

Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb

18 Sentyabr 2026 - 21:54

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin bölgələrindən birində ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə start verib. Elchi/az xəbər...

Next Post
Azarbaycanlı gənc EGMO-da qalib oldu

Azarbaycanlı gənc EGMO-da qalib oldu

Azarbaycanlı gənc EGMO-da qalib oldu

Azarbaycanlı gənc EGMO-da qalib oldu

Son xəbərlər

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

19 Sentyabr 2026 - 13:58
Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

19 Sentyabr 2026 - 13:34
Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

19 Sentyabr 2026 - 13:15
ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

19 Sentyabr 2026 - 12:55
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

19 Sentyabr 2026 - 12:33
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

19 Sentyabr 2026 - 12:04
İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

19 Sentyabr 2026 - 11:46
FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

19 Sentyabr 2026 - 11:23
Ermənistan Hindistandan dron alır

Ermənistan Hindistandan dron alır

19 Sentyabr 2026 - 11:00
DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

19 Sentyabr 2026 - 10:43
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı – FOTO

Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı – FOTO

19 Sentyabr 2026 - 10:30
Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

19 Sentyabr 2026 - 10:12
“Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb

“Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb

19 Sentyabr 2026 - 10:01
AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30
Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.