Ermənistanda hərbi təcili tibbi yardım avtomobili ilə yük maşını toqquşub.
Elchi.az xəbər verir ki, faktı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib.
Zəngəzurda, İrəvan-Mehri avtomobil yolunun 181-ci km-liyində baş verən qəza nəticəsində ambulansın sürücüsü və iki tibb işçisi yaralanıb.
Məlumata görə, avtomobillər toqquşduqdan sonra ərazidən keçən qaz kəmərinə dəyərək dərəyə aşıb.
Yaralı hərbçilər Qarakilsə rayonu ərazisindəki hospitala yerləşdiriliblər.
Ermənistan Müdafiə Nazirliyi isə bunu təkzib edərək, yaralılara ambulator yardım göstərildiyini bildirib.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər