Hər hansı bir ölkənin başqa dövlətin adından danışmağa ixtiyarı yoxdur. Bu, protokol qaydalarına və dövlət ənənələrinə görə də belə qəbul olunur.
Bu sözləri Elchi.az -a tanınmış ilahiyyatçı Elşad Miri İran parlamentinin Azərbaycanla bağlı çıxardığı qərəzli sənədi şərh edərkən deyib.
O bildirib ki, İranın cəmi müsəlmanlar adından danışması qəbul edilən hal deyil:
“Heç bir dövlət, din kiməsə onun adından danışmaq anlamında təmsilçilik verməyib. Sadəcə, müəyyən dəstək ola bilər. Bu, müsbət qarşılanır. İranın belə addım atmasının əsası yoxdur. Azərbaycanın nəinki İsraldə, dünyanın ən ucqar nöqtəsində belə diplomatik nümayəndəlik açmasının tərəfdarıyam. Bizim orada elçimiz, diplomatik missiyamızı həyata keçirən hər hansı bir qurum olmalıdır. Bu gün sekulyar və dünyəvi dövlətiksə, bizim başqa yerlərdə, dinindən, məzhəbindən, siyasi mövqeyindən asılı olmayaraq, daimi təmsilçiliyimiz olmaldır”.
İlahiyyatçı, həmçinin, Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktına da işarə edib:
Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar 15–25 may tarixlərində gücləndirilmiş...





















Son şərhlər